• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bağlı qapı ana qanunu necə pozur?

  • 01 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Azərbaycanın quru sərhədlərinin bağlı saxlanmasını konstitusiya pozuntusu sayır. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, ana qanunun 25-ci maddəsi hər kəsə bərabərlik hüququ verir: “Dövlət … əmlak vəziyyətindən … asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını … sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.

Quru sərhədlərin uzun müddət bağlı qalması insanları məhz əmlak vəziyyəti və sosial mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qoyur. Kimin imkanı varsa, ölkədən çıxıb qayıda bilir, məsələn, müalicə üçün. Yoxsullar isə bu haqdan məhrum edilib. Sinfi ayrı-seçkilik hökumətin niyyəti olmasa da, quru sərhədlərin uzun zaman bağlı qalması fakt olaraq bu ayrı-seçkiliyi yaradaraq konstitusiyanı pozur.

Ölkənin ərazisindən kənara getməyi və hər zaman maneəsiz qayıtmağı konstitusiyanın 28-ci maddəsi vətəndaşa əsas azadlıq haqqı kimi tanıyır. Bəs bu cür əsas azadlığı hansı səbəbə məhdudlaşdırmaq olar? Bunu ana qanunun 71-ci maddəsi göstərir: müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən. Maddənin göstərdiyi səbəblər arasında “gedib xəstələnərsiniz” səbəbi yoxdur”.

2020-ci ilin yazından Azərbaycanda yeni koronavirus infeksiyasına görə xüsusi karantin rejimi tətbiq olunur. Nazirlər Kabineti ölkəyə giriş-çıxışa məhdudiyyətə – quru sərhədlərin vətəndaşlar üçün qapalı olmasına qərar verib, sonuncu dəfə qadağanın müddətini 2022-ci il noyabrın 1-dək uzadıb.

2022-ci ilin ilk yarısının yekunlarına həsr olunmuş 15 iyul müşavirəsində çıxış edən prezident İlham Əliyev quru sərhədlərin qapalı qalmasını koronavirus infeksiyasını cilovlamaq zərurəti ilə əsaslandırıb: “Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur”.

2020-2022-ci illərdə Azərbaycanda 813437 nəfər koronavirus infeksiyasına yoluxub, onların 9805-i vəfat edib, 3505-i aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb.

“Avroviziya 2023”: ilkin siyahı yenilənib

  • 01 Sentyabr 2022
  • comments

“AzəriLayt”ın sentyabr startı

  • 01 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda