Yeni koronavirus infeksiyasına görə tətbiq olunan xüsusi karantin rejimi Nazirlər Kabinetinin 23 avqust qərarı ilə noyabrın 1-dək uzadılıb. Rejim sentyabrın 1-də başa çatmalı idi.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Son hesabata əsasən, 809335 nəfər koronavirusa yoluxub, onların 9795-i vəfat edib, 3640-ı aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb.
Xüsusi karantin rejimi 2020-ci il martın 31-dən hökm sürür. Hazırda ölkəyə giriş-çıxışa məhdudiyyət var – quru sərhədlər bağlıdır.