İnkişaf etməkdə olan bazarlarda rəqəmsal reklam sahəsi üzrə aparıcı qlobal şirkət olan “Aleph Group, İnc” bu ay “Reddit” platforması ilə qlobal satış tərəfdaşlığına başladığını elan edib.
“Aleph Group”un törəmə müəssisəsi olan “Httpool”dan Novator.az-a verilən məlumatda deyilir ki, “Reddit” platforması beynəlxalq miqyasda genişlənməyə davam edir və bu tərəfdaşlıq Avropa və Mərkəzi Asiyadakı reklamçıların daha uğurlu olmasına imkan yaradacaq: “Tərəfdaşlıq Avropa və Mərkəzi Asiyanın bəzi ölkələrində ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən reklamçıların “Reddit” platformasının qlobal reklam imkanlarına çıxışını artıracaq və bu da reklamçılara həm yerli bazarda, həm də onun hüdudlarından kənarda olan “Reddit” istifadəçilərinə birbaşa çıxış imkanı yaradacaq.
“Reddit” internet məkanının heç bir guşəsində tapılmayan 100 mindən çox aktiv və unikal onlayn icmanın evidir. Platforma internetdə açıq və səmimi ünsiyyət quran və bu yolla da fəal şəkildə məlumat axtaran insanların birləşdiyi sosial şəbəkədir. Platformadakı dinamik icmalar oyunlardan tutmuş dəbə, əyləncədən tutmuş maliyyəyə qədər müxtəlif spektrli maraqlar ətrafında formalaşıb. Bu isə reklamçılara başqalarının davranışına təsir göstərmək, qərar qəbul etmək və ictimai mədəniyyəti formalaşdıra bilən güclü auditoriyaya çıxmaq üçün böyük imkanlar yaradır.
“Reddit” şirkətinin vitse-prezidenti, satış və reklam üzrə prezidenti Harold Klay bildirib: “Bizim “Aleph Group” şirkəti ilə əməkdaşlığımız digər strateji regionlardakı reklamçılar üçün “Reddit” platformasının qapılarını açır və onların öz hədəf kütlələri ilə əlaqə qurmasına yardım edir. Biz bu yolla dünyada hər kəsi birləşdirmək və hamı üçün imkanları genişləndirmək üzrə missiyamızı yerinə yetiririk. Biz “Aleph Group” ilə əməkdaşlıqdan məmnunuq. Şadıq ki, “Aleph Group”un möhtəşəm beynəlxalq şəbəkəsindən istifadə etməklə dünyada daha çox reklamçını əhatə edəcək, onları bizim platformada uzunmüddətli uğura kökləyə biləcəyik”.
“Aleph Group”un baş direktoru Qaston Taratuta deyib: “Aleph Group”un missiyası qlobal rəqəmsal ekosistemə çıxışı məhdud olan yeni bazarlara və cəmiyyətlərə diqqət ayırmaq, onları dəstəkləməkdir. Bu isə ideya mübadiləsi aparmaq, yeni məlumatlar almaq və müxtəlif mövzular üzrə biliyini artırmaq üçün platformaya gələn istifadəçilərin “Reddit”dəki aktivliyi ilə uzlaşır. Yeni tərəfdaşlıq sayəsində “Reddit” bizim rəqəmsal reklam sənayesini, reklam mütəxəssislərini inkişaf etdirmək, şirkətlərin biznesini böyütmək səylərimizi bölüşür”.
“Httpool”dan verilən məlumatda o da deyilir ki, “Aleph Group” inkişaf etməkdə olan bazarlardakı minlərlə reklamçını dünyanın aparıcı rəqəmsal platformaları ilə birləşdirən aparıcı qlobal rəqəmsal reklam şirkətidir. “Aleph” hazırda dünyanın 90-dan yuxarı ölkəsində fiziki təmsilçiliyi olmayan aparıcı dünya platformalarını təmsil edir ki, bu da “Twitter”, “Meta”, “Snapchat” da daxil olmaqla 30-dan çox platformaya başqa bazarlara çıxmaq, habelə reklamçılara bu platformaların reklam imkanlarından tam yararlanmaq fürsəti yaradır. Bu cür uzunmüddətli tərəfdaş münasibətlər sayəsində “Aleph” bütün insanlar və şirkətlər üçün reklamları məhdudiyyətsiz şəkildə yerli və qlobal miqyasda yerləşdirmək imkanı yaradır.
“Reddit” öz maraqlarına və hobbilərinə uyğun olaraq müxtəlif onlayn icmalarda birləşən insanlar üçün icmalar evidir. Missiyası ondan ibarətdir ki, dünyada hamıya birlik, hüququların və imkanların genişlənməsi qismət olsun. “Reddit” istifadəçiləri onları narahat edən mövzulara aid hekayətlər paylaşır, müzakirələr aparır, səs verirlər. “Reddit” platformasında ev heyvanlarından tutmuş uşaqların tərbiyəsinə qədər hamı üçün maraqlı olan icmalar var və gündəlik 50 milyon aktiv unikal istifadəçi platformanı internet məkanında ən açıq və səmimi müzakirələrin aparıldığı məkana çevirir.
“Aleph Group”un törəmə müəssisəsi olan “Httpool” şirkəti “Twitter”, “Facebook”, “Spotify”, “Snapchat”, “TikTok”, “Warner Music”, “AdColony”, “Brainly”, “LG SmartTV Ads” kimi platformaların Rusiya, Avropa və Asiyada reklam satışları üzrə eksklüziv tərəfdaşıdır. Şirkət bu platformaların biznesinin inkişafını dəstəkləyir və 30-dan çox bazarda reklamçılara yaxşı biznes nəticələri əldə etməyə imkan verir. Bütün dünyada ən böyük rəqəmsal platformalara çıxış imkanları ilə öz texnologiyalarını və ekspert biliklərini unikal şəkildə birləşdirməklə “Htpool” şirkəti müxtəlif ölkələrdəki müştərilərə öz auditoriyalarını tapmaqda, reklam kampaniyalarından gələn investisiya gəlirlərini maksimum artırmaqda, biznesini inkişaf etdirməkdə və yeni bazarlara çıxmaqda dəstək verir.
“Httpool” şirkətinin baş ofisi Böyük Britaniyada, digər ofisləri isə Mərkəzi Avropada, Skandinaviyada, Baltikyanı ölkələrdə, Balkan ölkələrində, MDB dövlətlərində və Cənub-Şərqi Asiya regionunda yerləşir. “Aleph Group”un törəmə müəssisələri 50-dan çox ölkədə 20-dən çox beynəlxalq media platformasını təmsil edir.