Ümumi hesabata görə, Azərbaycanda 805213 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onların 9777-si vəfat edib.
2019-cu ilin dekabrında üzə çıxan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Novator.az bildirir ki, 2020-ci ildə 218700 yoluxma, 2641 ölüm, 2021-ci ildə 398247 yoluxma, 5717 ölüm rəsmiləşib.
2022-ci ilin statistikası belədir: yanvar – 41523 yoluxma, 376 ölüm, fevral – 127200 yoluxma, 683 ölüm, mart – 6262 yoluxma, 275 ölüm, aprel – 630 yoluxma, 17 ölüm, may – 205 yoluxma, 4 ölüm, iyun – 506 yoluxma, 4 ölüm, iyul – 5565 yoluxma, 31 ölüm, avqust – 6375 yoluxma, 29 ölüm.