• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavatçı həbsdə qalır

  • 08 Avqust 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

“Turan”ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi Müsavat Məclisinin üzvü, partiya başqanının müşaviri Əlikram Xurşidova kəsilmiş inzibati həbs cəzasını qüvvədə saxlayıb. Proses avqustun 5-də keçirilib.

Əlikram Xurşidov iyulun 26-sı Bakıda tutulub, həmin gün ona Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. Müsavatçı polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.

Şirvan şəhərində yaşayan Əlikram Xurşidov 2017-ci il noyabrın 22-dən həbs həyatı yaşayıb, siyasi məhbus sayılıb, 2019-cu il martın 17-də əfv sərəncamı ilə azad edilib.

Bir qrup fəal bu il iyulun 20-si paytaxtda, Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti quru sərhədlərin açılması tələbi qoyulan aksiyaya razılıq vermədiyi üçün polis əməkdaşları toplaşanları dağıdıb. Əlikram Xurşidov aksiyada tutulub, ancaq həmin gün sərbəst buraxılıb.

Bakı Apellyasiya Məhkəməsindəki 5 avqust prosesində çıxış edən Əlikram Xurşidov deyib ki, iyulun 26-sı saat 11:15-də metronun “İçərişəhər” stansiyasından çıxarkən saxlanıb, lakin iş materialında onun Badamdar qəsəbəsində tutulduğu qeyd olunub. İttihama görə, Əlikram Xurşidov mobil telefonla danışarkən yüksək səslə söyüş söyüb, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb.

Müsavatçının vəkili Nemət Kərimli Bakı Metropoliteninin müşahidə kameralarından qeydlərin tələb olunması barədə vəsatət qaldırıb, ancaq apellyasiya instansiyası vəsatəti təmin etməyib.

Hazırda Müsavat Partiyasının başqa bir üzvü – Əziz Məmiyev də inzibati həbsdədir. 20 iyul aksiyasında tutulan Əziz Məmiyevə həmin gün Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. O da polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib. Bakı Apellyasiya Məhkəməsi müsavatçının şikayətinə iyulun 29-da baxaraq cəzanı qüvvədə saxlayıb.

Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət

Aksiya günü dəyişdi

Piketə niyə razılıq verilmədi?

Aksiya qərarı qüvvədə qalır

Bağlı qapı aksiyası

Müsavat fəalına 30 sutkalıq cəza

Tofiq Yaqublu və Əli Kərimlinin aksiya rəyləri

Milli Şuradan dəstək və etiraz

Tutulan müsavatçıdan xəbər var

Müsavat başqanının müşavirinə cəza

Müsavatçıya bəraət istəyi

Barışmamaq çağırışı

Məhkəmə müsavatçını həbsdə saxladı

Koronavirusun universal peyvəndi gəlir? – AB...

  • 05 Avqust 2022
  • comments

Hasilat statistikası

  • 08 Avqust 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda