• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa yolu: xəyal və gerçəklik

  • 03 Avqust 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

İlqar Məmmədov
REAL Partiyasının sədri

Siyasi və sivil toplum təmsilçilərimiz Avropa Birliyi rəsmilərinə Azərbaycanın köhnə qitəyə inteqrasiyasından danışanda avropalının söhbətə marağı itir… 20 il əvvəl Avropaya inteqrasiya mövzusu gündəmdə təbii olaraq yer almışdı. İdeyanın potensialı qiymətləndirilməli idi. Amma sınaq çoxdan qurtarıb və gün kimi aydındır: yaxın onilliklərdə Avropa Birliyinə üzv olmayacağıq.

Əvvəla, Türkiyə ilə ittifaqımız yeni zirvəyə qalxıb. Avropa Birliyinə girib sonra, tarixin hansısa nöqtəsində qurumun Türkiyəyə qarşı addımlarında iştirak edəcəyimizi düşünmək ağılsızlıqdır. Azərbaycan Türkiyəsiz Avropa Birliyinə üzv ola bilməz, Türkiyənin üzvlüyü isə ayrı çətinlikdir.

Gürcüstanın təcrübəsini də nəzərə alaq. Bu ölkə Avropaya inteqrasiyanı strateji xətt kimi seçdi. 20 il bu yolu getdi, ciddi islahatlar həyata keçirdi, amma üzvlüyə namizəd olmaq üçün dəvət də ala bilmir.

Niyə ala bilməməsi başqa söhbətin mövzusudur.

Avropaya inteqrasiya bayrağı altında yürüyən başqa bir ölkəyə – Ukraynaya az qala 20 il sonra namizədlik statusunu müharibənin vurhavurunda verib ardınca dedilər ki, üzvlük 20 il, bəlkə daha çox çəkə bilər.

Türkiyədə 60 il, Gürcüstan və Ukraynada 20 il ərzində Avropa Birliyinə üzvlük məramı ilə icra edilən siyasi-iqtisadi islahatların heç yarısını həyata keçirmədiyimizi də nəzərə alaq.

Avropa Birliyinin təhlükəsizlik strategiyasına Güney Qafqaz ölkələrinin ümumiyyətlə necə yerləşdiriləcəyi də açıq sual kimi qalır.

Bununla belə, bütün islahatları, o cümlədən qanunvericiliyin, iqtisadi və xarici siyasətin Avropa Birliyi ilə mümkün olduğu qədər ahəngləşdirilməsi yolu getməliyik – insan haqlarına, iqtisadi tərəqqiyə və daimi sülhə xidmət edən qaydada…

Azad bölgələrdə hansı vergi güzəştləri olacaq?

  • 03 Avqust 2022
  • comments

3 avqust qiyməti

  • 03 Avqust 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
TribunaYazarlar

Dustaqlara nə deyərdim?

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda