Nazirlər Kabineti Dövlət İmtahan Mərkəzinin göstərdiyi bəzi ödənişli xidmətlərin istifadəçilərinə dövlət büdcəsi hesabına güzəştlər qərarı verib. 2023-cü il yanvarın 1-dən qüvvəyə minəsi qərara görə, 2023-2024-cü illərin tələbə qəbulunda xidmət haqları büdcədən maliyyələşdirilməyən Azərbaycan vətəndaşları üçün bu güzəştlər ediləcək:
ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üzrə 10 manat;
orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üzrə 20 manat;
Azərbaycan dili (dövlət dili kimi) üzrə test imtahanı üzrə 20 manat;
orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu ilə bağlı test imtahanı üzrə 25 manat;
orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu ilə bağlı test imtahanı, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı (I mərhələ) üzrə 25 manat;
ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı (II mərhələ) üzrə 10 manat;
orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanları çərçivəsində keçirilən əlavə fənn (fənlər) üzrə test imtahanı üzrə 20 manat.