Rəsmi statistikaya görə, Azərbaycanda yeni koronavirus infeksiyasına yoluxmuş 794588 nəfərin 9723-ü vəfat edib, 867-si aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
Novator.az bildirir ki, 2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölümlə bitib.
2022-ci ilin göstəriciləri belədir: yanvar – 41523 yoluxma, 376 ölüm, fevral – 127200 yoluxma, 683 ölüm, mart – 6262 yoluxma, 275 ölüm, aprel – 630 yoluxma, 17 ölüm, may – 205 yoluxma, 4 ölüm, iyun – 506 yoluxma, 4 ölüm, iyul – 1315 yoluxma, 6 ölüm.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 361,5 min nəfərə bir, 4 milyon 856,1 min nəfərə iki, 3 milyon 322,3 min nəfərə azı üç, 251,4 min nəfərə xəstəlikdən sonra bir doza peyvənd vurulub.