• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çin liderinin uyğur bölgəsinə nadir səfəri – “Reuters”

  • 15 İyul 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Çin Xalq Respublikasının sədri Si Cinpin son səkkiz ildə ilk dəfə Sincan Uyğur Muxtar Rayonuna səfər edib.

Novator.az-ın məlumatına görə, ABŞ-ın “Reuters” agentliyi bildirir ki, Si Cinpin Sincan bölgəsində iyulun 12-14-də olub: “Çinin rəsmi mediası bir qayda olaraq Si Cinpinin ölkə içindəki səfərlərini yalnız səfər başa çatandan sonra açıqlayır. Sincana səfər haqda xəbər də iyulun 15-də işıq üzü görüb. Rəsmi xəbərdə Si Cinpinin Sincan Uyğur Muxtar Rayonunun mərkəzi Urumçidə, rayonun digər inzibati-ərazi vahidlərində olduğu, ayrı-ayrı obyektlərə, universitetə, ticarət zonasına baş çəkdiyi qeyd edilib.

“Sinxua” rəsmi informasiya agentliyinin yaydığı fotolarda Si Cinpinin onu alqışlayan gülərüz sakinlərin əhatəsində olarkən maska taxmadığı görünür. Sakinlərin bir çoxunun əynində uyğur milli geyimi, başında isə araxçın var”.

“Reuters” xatırladır ki, Si Cinpin sonuncu dəfə Sincan Uyğur Muxtar Rayonunda 2014-cü ildə olub və “Nyu-York Tayms” qəzetinin əldə etdiyi sənədlərə əsasən, o zaman Çin lideri məmurları terrorçuluğa, xarici müdaxilələrə, separatizmə qarşı mübarizəyə səsləyib, nəticədə Sincan bölgəsinin yerli hakimiyyət orqanları uyğurların izlənməsi, nəzarətdə saxlanması və “tərbiyə edilməsi” istiqamətində fəallığı qat-qat artırıb: “BMT-nin 2018-ci il hesabatına görə, bir milyon nəfər uyğur siyasi-ideoloji yönümdə “təkmilləşmə” üçün nəhəng düşərgələrə yerləşdirilib.

Çin uyğurlarla qəddar davrandığını dəfələrlə təkzib edib. Hakimiyyət əvvəlcə hər hansı düşərgənin mövcudluğunu ümumiyyətlə inkar etmək yolunu tutub. Sonra isə bəyan edib ki, düşərgə yox, “peşə təlimi mərkəzləri” yaradıb, həmin mərkəzlərdə yataqxanalar tikib, adamlar o mərkəzlərdə hüquqi biliklərə, peşəkar vərdişlərə yiyələnmək, Çin dilini öyrənmək üçün könüllü qeydiyyatdan keçiblər. Eyni zamanda hakimiyyət iddia edib ki, 2019-cu ildə peşə təlimi mərkəzlərində bütün şəxslər təcrübəni başa vurub, məzun olublar”.

Çin hakimiyyətinin iddialarının əksinə olaraq nüfuzlu beynəlxalq qurumların, demokratik dövlətlərin, o cümlədən ABŞ-ın uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirdiyini xatırladan “Reuters” agentliyi Si Cinpinin bölgəyə səfərinə belə bir yozum verir ki, yəqin kommunist rejiminin rəhbəri Sincan Uyğur Muxtar Rayonuna həm də son səkkiz ildə həyata keçirilən repressiyaların “bəhrəsini görməyə” gedib.

Sincan Uyğur Muxtar Rayonu Çinin şimal-qərbində yerləşir. Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir. Rayonu idarə edən Kommunist Partiyası nümayəndələrinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.

1953-cü il təvəllüdlü Si Cinpin 2012-ci ilin noyabrından Çin Kommunist Partiyasının baş katibi, Kommunist Partiyası Mərkəzi Komitəsi Hərbi Şurasının sədri, 2013-cü ilin martından Çin Xalq Respublikasının sədri – dövlət başçısı və Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının sədridir.

Mənbə: Reuters.com

Yarım ilin gömrük yığımı

  • 15 İyul 2022
  • comments

Aksiya qərarı qüvvədə qalır

  • 15 İyul 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda