Novator.az bildirir ki, milli hesabata görə, Azərbaycanda yeni koronavirus infeksiyasına yoluxmuş 793546 nəfərin 9719-u vəfat edib, 277-si aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb.
2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci ildə 218700 yoluxma, 2641 ölüm, 2021-ci ildə 398247 yoluxma, 5717 ölüm rəsmiləşib.
2022-ci ilin statistikası belədir: yanvar – 41523 yoluxma, 376 ölüm, fevral – 127200 yoluxma, 683 ölüm, mart – 6262 yoluxma, 275 ölüm, aprel – 630 yoluxma, 17 ölüm, may – 205 yoluxma, 4 ölüm, iyun – 506 yoluxma, 4 ölüm, iyul – 273 yoluxma, 2 ölüm.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5,3 milyon nəfərə bir, 4,8 milyon nəfərə iki, 3,3 milyon nəfərə üç və daha çox, 250,1 min nəfərə xəstəlikdən sonra bir doza peyvənd vurulub.