Son ümumi hesabata görə, Azərbaycanda 793273 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onların 9717-si vəfat edib, 188-i aktiv xəstədir, qalanları sağalıb.
2022-ci ilin yoluxma və ölüm statistikası belədir: yanvar – 41523 yoluxma, 376 ölüm, fevral – 127200 yoluxma, 683 ölüm, mart – 6262 yoluxma, 275 ölüm, aprel – 630 yoluxma, 17 ölüm, may – 205 yoluxma, 4 ölüm, iyun – 506 yoluxma, 4 ölüm.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də rəsmiləşib.
2020-ci ildə 218700 yoluxma, 2641 ölüm qeydə alınıb (fevralda 3 yoluxma, martda 295 yoluxma, 5 ölüm, apreldə 1506 yoluxma, 19 ölüm, mayda 3690 yoluxma, 39 ölüm, iyunda 12030 yoluxma, 150 ölüm, iyulda 14354 yoluxma, 235 ölüm, avqustda 4557 yoluxma, 86 ölüm, sentyabrda 3794 yoluxma, 57 ölüm, oktyabrda 15040 yoluxma, 139 ölüm, noyabrda 65907 yoluxma, 662 ölüm, dekabrda 97524 yoluxma, 1249 ölüm).
2021-ci il 398247 yoluxma, 5717 ölümlə bitib (yanvarda 11519 yoluxma, 491 ölüm, fevralda 4318 yoluxma, 88 ölüm, martda 27176 yoluxma, 347 ölüm, apreldə 57396 yoluxma, 950 ölüm, mayda 14847 yoluxma, 396 ölüm, iyunda 2091 yoluxma, 61 ölüm, iyulda 7802 yoluxma, 49 ölüm, avqustda 81042 yoluxma, 613 ölüm, sentyabrda 59011 yoluxma, 889 ölüm, oktyabrda 47468 yoluxma, 549 ölüm, noyabrda 56948 yoluxma, 782 ölüm, dekabrda 28629 yoluxma, 502 ölüm).
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5,3 milyon nəfərə bir, 4,8 milyon nəfərə iki, 3,3 milyon nəfərə üç və daha çox, 249,2 min nəfərə xəstəlikdən sonra bir doza peyvənd vurulub.