• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Efir qovğasının cəzası

  • 30 İyun 2022
  • comments
  • hikmet
  • Posted in AktualŞərh

İyunun 29-da ARB TV-nin verilişlərindən birinin aparıcısı müğənnini canlı efirdən sərt şəkildə qovub. Media hüquqçusu Ələsgər Məmmədli yazır ki, aparıcının hərəkəti həm hüquqi, həm də etik baxımdan ciddi pozuntudur: “Media qanununun 14-cü maddəsinin 1.7-ci bəndi yayımçıların, o cümlədən audiovizual yayımçıların şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verməməli olduğunu bildirir. Qanunun 39.1.3-cü maddəsində bu tələblərə riayət etmək vəzifəsi audiovizual yayımçının vəzifələri arasında göstərilir. Yəni sadəcə aparıcının məsuliyyəti yox, həm də onu efirə buraxan televiziyanın məsuliyyəti vurğulanır.

47.1.5-ci maddə audiovizual media sahəsində qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət öhdəliyini Audiovizual Şurasının boynuna qoyur. Yəni 14-cü maddənin 1.7-ci bəndindəki tələbə əməl olunmasına nəzarət şuranın vəzifəsidir.

Sonrakı məsuliyyət Medianın İnkişafı (MEDİA) Agentliyinindir. Qanunun 75-ci maddəsinin 1-ci bəndinə görə, 14.1-ci maddənin tələblərinin pozulmasına (məsələn, ARB TV-nin aparıcısının yol verdiyi hərəkətlərə) görə MEDİA Agentliyi il ərzində üç dəfə xəbərdarlıq etdikdən sonra təkrar pozuntuya yol verən yayımçını Media Reyestrindən çıxarır. Deməli, ARB TV-nin efirindəki hadisəyə görə agentlik də rəsmi xəbərdarlıq etməlidir (Media Reyestrinin yaradılmasına start verilməsi ləngisə də, qanunun pozuntusu faktı qeydə alınmalıdır, çünki qanun qüvvədədir).

Məsələnin etik tərəfinə gəldikdə, Mətbuat Şurasının 2003-cü ildə qəbul etdiyi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının 3.1-ci maddəsinə əsasən, jurnalist adamları… yaşadığı və ya anadan olduğu yerə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır. ARB TV-nin efirində aparıcının etikadan kənar hərəkət və danışıqları bu kontekstdə başlayır.

Peşə Davranışı Qaydalarının 3.2-ci maddəsində isə etik tələb budur ki, jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır.

Göründüyü kimi, həm hüquqi, həm etik məsuliyyət mövcuddur. Qurumlar öz funkiyasını icra etməli, ya da qorxaqlıqlarını susqunluqları ilə təsdiq etməlidir”.

İsa Qəmbərin şikayətinə baxılacaq

  • 30 İyun 2022
  • comments

Bayden: “Müharibə Ukraynanın məğlub olması ilə bit...

  • 01 İyul 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
AktualDünyanın səsiManşetXəbər

Trampın reytinqi: 92 faiz də var, 3 faiz də

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Azərbaycan yeni geosiyasi reallıq yaradır – “Yerusəlim Post”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Elektromobil: dünya bazarında nə durum var?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Avropa İttifaqı: əhali statistikası nə göstərir?

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
AktualDünyanın səsiManşetXəbər

Trampın reytinqi: 92 faiz də var, 3 faiz də

Son materiallar

comments
AktualDünyanın səsiManşetXəbər

Trampın reytinqi: 92 faiz də var, 3 faiz də

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Azərbaycan yeni geosiyasi reallıq yaradır – “Yerusəlim Post”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Elektromobil: dünya bazarında nə durum var?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda