• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

  • 29 İyun 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası dövlət qeydiyyatı ilə bağlı müraciətinə yenə mənfi cavab alıb.

ADR Partiyası 2021-ci il oktyabrın 17-də keçirilən qurultayda təsis olunub. 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyanın sənədləri 2021-ci il noyabrın 11-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilib. 2022-ci il martın 1-də Ədliyyə Nazirliyinin sənədləri geri qaytardığı açıqlanıb. Rəsmi cavabda sənədlərdə bəzi qüsurlar olduğu bildirilib. Martın 16-da partiya Ədliyyə Nazirliyinə yenilənmiş sənədlər təqdim edib.

Novator.az bildirir ki, Qubad İbadoğlunun yaydığı məlumata görə, iyunun 21-də Ədliyyə Nazirliyi sənədləri yenə geri qaytarıb, təqdim edilmiş ərizədə partiyanın qanuni təmsilçisinin imzasının olmamasını əsas gətirib: “Partiyanın qanuni təmsilçisi, İcra Aparatının rəhbəri Ellada Məmmədli digər təsisçilərlə birlikdə ərizəni imzalayıb və imzalar da notarial qaydada təsdiqlənib. Eyni tərtibatda ərizə ilk müraciətdə təqdim olunsa da, Ədliyyə Nazirliyi iradı ikinci müraciətə cavabında qeyd edib. Bu onu göstərir ki, nazirlik hər müraciətdə bir-iki irad qeyd edib ADR Partiyasının qeydiyyatını ləngidir.

Ədliyyə Nazirliyində siyasi partiyaların qeydiyyat proseduru çox uzundur, şəffaf deyil, qərarlar qanuna deyil, siyasi göstərişə əsaslanır. ADR Partiyasına münasibət hüquqi normalarla deyil, siyasi münasibətlə əlaqədardır. Hakimiyyət birləşmək azadlığını pozmaqla gerçək müxalif mövqedə olan yeni siyasi təşkilatın qurulmasına baryerlər yaradır və bununla da ADR-in artan ictimai nüfuzundan ehtiyatlandığını nümayiş etdirir”.

Partiya sədri əlavə edib ki, nazirliyə yenidən müraciət olunması və ya məhkəməyə üz tutmaq barədə qərarı ADR-in İdarə Heyəti verəcək.

Siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda 58 siyasi partiyanın dövlət qeydiyyatı var.

Qubad İbadoğlu 1971-ci ildə doğulub. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.

ADR Partiyasının rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı və başqa şəxslər yer alır.

ADR Partiyası nazirliyə üz tutdu

ADR-in qeydiyyat müraciəti nə yerdədir?

ADR-in qeydiyyatı səssizlik içində

ADR Partiyasının sənədləri niyə geri qayıtdı?

ADR Partiyası yenə Ədliyyə Nazirliyinə üz tutur

ADR-in qeydiyyatı: müddət başa çatıb

Qaş qayırmağın göz çıxarması

  • 29 İyun 2022
  • comments

Büdcə yeniliyi son oxunuşdan keçdi

  • 29 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda