Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxmanın 2 il 4 ayı tamam olur.
Son rəsmi hesabata görə, ölkədə 793176 nəfər koronavirusa yoluxub, onların 9717-si vəfat edib, 161-i aktiv xəstədir, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci ildə 218700 yoluxma, 2641 ölüm olub.
2021-ci il 398247 yoluxma, 5717 ölümlə bitib.
2022-ci ilin statistikası belədir:
yanvar – 41523 yoluxma, 376 ölüm
fevral – 127200 yoluxma, 683 ölüm
mart – 6262 yoluxma, 275 ölüm
aprel – 630 yoluxma, 17 ölüm
may – 205 yoluxma, 4 ölüm
iyun – 409 yoluxma, 4 ölüm.
Novator.az bildirir ki, 2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5,3 milyon nəfərə bir, 4,8 milyon nəfərə iki, 3,3 milyon nəfərə üç və daha çox, 248,6 min nəfərə xəstəlikdən sonra bir doza peyvənd vurulub.