• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

  • 24 İyun 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Avropa İnsan Hüquqları Məhkəməsi iyunun 30-u Azərbaycandan şikayətlər üzrə yeni qərarlar elan edəcək.

Aihmaz.org xəbər verir ki, “Azadlıq” qəzeti və Qənimət Zahidin şikayəti Azərbaycan prezidentinin köməkçisi olmuş Tariyel Ağayev barədə məqaləyə görə cərimələrlə bağlıdır. Milli məhkəmələr Tariyel Ağayevin iddiası ilə qəzeti 40000 manat, baş redaktor Qənimət Zahidi 25000 manat cərimələyib. Ərizəçilərin fikrincə, məhkəmə qərarları onların Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan ifadə azadlığı hüququnu pozub.

Qənimət Zahid 1991-1994-cü illərdə “Azadlıq” qəzetinin redaktoru olub, 2003-cü ildən baş redaktordur, 2011-ci ildən Fransada yaşayır.

1989-cu ildə yaradılan “Azadlıq” qəzeti 2016-cı il sentyabrın 5-dən çapını dayandırıb.

Hüquqşünas Fariz Namazlı Avropa Məhkəməsinə şikayətində qeyd edib ki, Binəqədi Rayon İcra Hakimiyyəti onun informasiya sorğusuna natamam cavab verib, milli məhkəmələr bununla bağlı çəkişmələrdə icra qurumunun xeyrinə qərarlar çıxarıb. Ərizəçi ictimai maraq kəsb edən məlumatlara çıxış hüququnun pozulduğunu iddia edir.

Azərbaycan İslam Partiyası sədrinin müavini olmuş Rövşən Əhmədli inzibati qaydada həbs edilməsindən şikayətçidir. 2011-ci ildə 10 sutka inzibati həbs cəzası almış Rövşən Əhmədli ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu bildirir.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

Manatdan baha valyutalar

  • 24 İyun 2022
  • comments

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

  • 24 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda