Son rəsmi açıqlamaya görə, Azərbaycanda yeni koronavirus infeksiyasına yoluxmuş 793015 nəfərin 9716-sı vəfat edib.
Aktiv xəstə sayı 134 nəfər göstərilir.
Novator.az bildirir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, həmin il 218700 yoluxma, 2641 ölüm, növbəti il 398247 yoluxma, 5717 ölümlə bitib.
2022-ci ilin göstəriciləri belədir:
yanvar – 41523 yoluxma, 376 ölüm
fevral – 127200 yoluxma, 683 ölüm
mart – 6262 yoluxma, 275 ölüm
aprel – 630 yoluxma, 17 ölüm
may – 205 yoluxma, 4 ölüm
iyun – 248 yoluxma, 3 ölüm.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 352,2 min nəfərə bir, 4 milyon 852,2 min nəfərə iki, 3 milyon 300,7 min nəfərə üç və daha çox, 248,1 min nəfərə xəstəlikdən sonra bir doza peyvənd vurulub.