Avropa Şurasının Venesiya Komissiyası 17-18 iyun iclasında Azərbaycanın “Media haqqında” qanununu da müzakirəyə çıxaracaq. Hüquqşünas Xalid Ağalıyev yazır ki, dörd nəfərlik ekspert qrupu qanunun Avropa Şurası standartlarına uyğunluğunu araşdıraraq rəy hazırlayıb. Qərarın iyunun 20-də açıqlanması gözlənir.
1949-cu ildə yaradılan Avropa Şurasının başlıca məqsədi insan hüquqlarının, demokratiyanın, qanunun aliliyinin müdafiəsidir. Azərbaycan baş qərargahı Fransanın Strasburq şəhərində olan quruma 2001-ci ildə qoşulub.
Venesiya Komissiyası şuranın konstitusiya hüququ üzrə məşvərətçi qurumudur.
Novator.az bildirir ki, 2021-ci il dekabrın 10-da üzə çıxan “Media haqqında” qanun layihəsini Milli Məclis həmin ayın 30-da qəbul edib. 2022-ci il fevralın 8-də prezident İlham Əliyev qanunu imzalayaraq onun tətbiqinə fərman verib.
Yerli və beynəlxalq tənqidçilər qanunun insan hüquqları, ifadə azadlığı və media azadlığı sahəsində beynəlxalq standartlara uyğun olmadığını, media sahəsini və jurnalist peşəsini ifrat dərəcədə tənzimlədiyini, hakimiyyət orqanlarına jurnalistlərin işini məhdudlaşdırmaq səlahiyyəti verdiyini deyir.
“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi
Media qanunu ilk oxunuşda (Rəsmi layihə)
Xalq Partiyası media qanunu layihəsinə qarşı çıxdı
Media qanunu: layihəni geri çəkmək təklif olunur
Media qanunu: reaksiyalara reaksiya verildi
Media qanunu: 8 partiyadan çağırış gəldi
Media qanunu: bir razılaşma var
Media qanununa yazılı təkliflər
Media qanunu: son oxunuş neçə maddəyə əl gəzdirir?
“Media qanunu qəbul olunsa da…”
Media qanunu son mərhələyə yön aldı
Media qanunu: imza üçün nə qədər vaxt var?
Prezidentdən layihəni geri qaytarmaq xahiş olunur
Avropadan İlham Əliyevə çağırış
ABŞ səfirliyinin “Media haqqında” qanuna münasibəti açıqlanıb