• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Statistikadan boylanan yoxsulluq

  • 13 İyun 2022
0
SHARES
FacebookTwitterPinterest

İqtisadçı Rövşən Ağayev rəsmi statistikanın milli hesablar bölməsinə nəzər yetirib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Azərbaycanda devalvasiyanın əhaliyə neqativ təsirlərini əks etdirən yeganə rəsmi mənbə milli hesablar olub: “Həmin statistika devalvasiya zamanı və devalvasiyadan sonrakı mərhələdə – 2015-2017-ci illərdə ev təsərrüfatlarının qənaətinin mənfi olduğunu göstərdi. Qənaətin mənfi olması o demək idi ki, əhalinin cari gəlirləri xərclərini qarşılamayıb və adamlar öz ehtiyaclarını ya borc, ya da əvvəlki illərin qənaətlərini əritməklə qarşılayıb.

2015-2017-ci illər üzrə həmin kəsir 3 milyard manata yaxın olmuşdu – yəni əhali həmin üç ildə qazanmadığı 3 milyard manatı qeyd olunan mənbələrdən cəlb etməklə xərcləmişdi.

Yeni statistika göstərir ki, pandemiyadan sonrakı dövr əhali üçün çox ağır keçir. Ötən il əhalinin maliyyə yığımları son 16 ilin ən aşağı həddinə düşüb – cəmi 600 milyon manat. Məsələn, 2012-ci ildə bu rəqəm 8,7 milyard manat olmuşdu.

Təəssüf ki, Azərbaycanda yoxsulluq və gəlir bərabərsizliyi statistikası çox etibarsızdır. Əminəm ki, keyfiyyətli statistika olsa, 600 milyon manatlıq maliyyə yığımının ən yüksək gəlirli 20 faiz zəngin ev təsərrüfatlarına aid olduğu üzə çıxar. Qalan qruplara aid ev təsərrüfatlarının büdcələrinin yenə də böyük kəsirlə üzləşdiyi bəllidir.

İqtisadçılar Engel qanununu yaxşı bilir – yoxsulluq nə qədər yüksəkdirsə, əhalinin büdcəsində qida xərclərinin də payı o qədər yüksəkdir. Engel əmsalı 40 faizə qədərdirsə, ailə yoxsul hesab edilmir. 40 faizdən yüksək göstərici yoxsulluğa işarədir, xüsusən 60 faiz və daha yüksək göstərici ifrat yoxsulluq sayılır.

Yenə də milli hesablar statistikasına görə, 2022-ci ilin ilk rübü Azərbaycanda Engel əmsalı son 8 ildə ən yüksək həddə çatıb – 56,5 faiz.

2014-cü ildə bu göstərici 50 faiz, 2021-də 54,5 faiz olmuşdu. Bu göstəricinin dinamikası da ölkədə yoxsulluğun artımını dolayı təsdiqləyən göstəricilərdən biridir.

Yüksək inflyasiya yoxsul qruplar üçün çox təhlükəli həddə çatıb. 2021-ci ildə əhalinin gəlirlərinin cəmi 2 faiz artımı müqabillində xərcləri 12 faizə yaxın artıb”.

Dövlət Statistika Komitəsi bildirir ki, 2022-ci ilin yanvar-may aylarında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 12,6 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,9 faiz, qeyri-ərzaq məhsulları 6,6 faiz, ödənişli xidmətlər 10,2 faiz bahalaşıb.

Açıqlamaya əsasən, beş ayda pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənən vəsaitin 52,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının payına düşüb.

“Gör nə günlərə qaldın”ın sözlərinin həmmüəllifi k...

  • 13 İyun 2022

İslahat şansı

  • 13 İyun 2022

Son materiallar

comments
ManşetXəbər

Partiyaların qanunu

comments
ManşetXəbər

Bazar nə qədər bahalaşıb?

comments
ManşetXəbər

Macar səddi yarıldı

comments
ManşetXəbər

Artım və azalma açıqlamaları

Rəylər

Do not miss

comments
ManşetXəbər

Partiyaların qanunu

Son materiallar

comments
ManşetXəbər

Partiyaların qanunu

comments
ManşetXəbər

Bazar nə qədər bahalaşıb?

comments
ManşetXəbər

Macar səddi yarıldı

comments
ManşetXəbər

Artım və azalma açıqlamaları

comments
ManşetXəbər

Bakıda maaş, başqa göstəricilər

comments
ManşetXəbər

Müsavatçı həbsdə qalır

comments
Dünyanın səsiManşetŞərh

Koronavirusun universal peyvəndi gəlir? – ABC

comments
ManşetTribunaYazarlar

Ruhu bədəndən qovmaq!

comments
AktualDünyanın səsiManşetŞərh

Saxta xəbərin geniş meydanı – “Forbes”

comments
AktualManşetXəbər

Parlament sədrinə müraciət

comments
AktualManşetŞərh

22 milyon manatlıq itkinin hesabı

comments
AktualManşetXəbər

Narahatlıq, təklif

comments
ManşetXəbər

Londonda Azərbaycana təcavüz

comments
ManşetXəbər

1,7 manatın 4 il 5 ayı

comments
ManşetXəbər

Prezidentlərin telefon söhbəti

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiyadan qorxmamaq – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

Vaxt qoymaq zamanı

comments
ManşetXəbər

Qarabağ yolunda durum necədir?

comments
AktualDünyanın səsiManşetXəbər

Gürcüstanın bahalıq hesabatı

comments
ManşetXəbər

Gərginlik şərhləri

comments
ManşetXəbər

Xalq hakimiyyətinə keçid təklifləri

comments
AktualDünyanın səsiManşetŞərh

Koronavirusla nə qədər yaşamaq? – “Reuters”

comments
AktualDünyanın səsiManşetXəbər

Ermənistanın inflyasiya statistikası

comments
ManşetVideoXəbər

Azərbaycan Ordusu qisas aldı

comments
ManşetTribunaYazarlar

Nəhəngi necə cilovlamalı?

comments
AktualDünyanın səsiManşetŞərh

Moskva üçün dəyənək – “Wall Street Journal”

comments
ManşetXəbər

Yeni mərhələnin ilk günü

comments
ManşetXəbər

Azərbaycan əsgəri şəhid oldu

comments
ManşetTribunaYazarlar

Avropa yolu: xəyal və gerçəklik

comments
AktualManşetXəbər

Azad bölgələrdə hansı vergi güzəştləri olacaq?

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda