• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çin bütün dünyada söz azadlığını təqib edir – “Yerusəlim Post”

  • 10 İyun 2022
0
SHARES
FacebookTwitterPinterest

“Çin dünyanın hər yerində mətbuat azadlığına təhlükə törədir”. İsrailin “Yerusəlim Post” qəzeti belə yazır.

Novator.az-ın məlumatına görə, qəzetin dərc etdiyi məqalədə bildirilir ki, Çinin kommunist rejimi söz və mətbuat azadlığını təkcə ölkə daxilində deyil, xaricdə, bütün dünyada təqib edir.

“Yerusəlim Post”un da bundan yan ötmədiyi, Çinin İsraildəki səfirliyinin müxtəlif vaxtlarda qəzetdə dərc edilən tənqidi materialların təkzib olunmasına və internet səhifəsindən silinməsinə çalışdığı xatırladılır.

Məqalədə “Sərhədsiz reportyorlar” təşkilatının 2019-cu il hesabatına istinadla qeyd olunur ki, həmin dövrdə Çin hakimiyyəti ölkənin rəsmi mediasının xaricdə fəaliyyətini genişləndirmək üçün 1,3 milyard dollar xərcləyib: “Pekin satın alma yolu ilə xarici media üzərində nəzarəti ələ keçirməyə çalışıb. Bəzi ölkələrdə jurnalistlər Çin əleyhinə baxışlarına görə problemlərlə üzləşiblər.

Səhmlərinin 20%-i Pekinin nəzarətində olan Cənubi Afrika nəşrinin icmalçısı Çin Kommunist Partiyasını tənqid etdikdən sonra onun məqaləsinin yer aldığı rubrika bağlanıb.

İsveçdə və Rusiyada Çin hökuməti barədə mənfi məqalələr yazan jurnalistlər Çin səfirliyi əməkdaşlarının təhdidləri ilə üzləşiblər.

Çin Çexiya, Avstraliya, Misir, Serbiya, Filippin, İtaliya və digər ölkələrdə media qurumlarının səhmlərinin bir hissəsini əldə edib.

Afrikada Çin yerli medianı köklü surətdə dəyişə bilib. Pekin Afrikada öz nəzarətində olan yeni KİV-lər yaradıb və reportajlarına nəzarət edə biləcəyi jurnalistləri həmin media strukturlarında yerləşdirib.

Pekin rejimi əcnəbi jurnalistlərin Çin haqqında fikirlərinə nəzarət etmək üçün kütləvi şəkildə şantaja, hədə-qorxuya və təqibə əl atmaqda davam edir.

Çin Kommunist Partiyası 2022-ci ilin fevralında Pekində Qış Olimpiya Oyunları keçiriləndə də şantaj, hədə-qorxu, təqib üsullarından yararlanıb, xarici mətbuata qarşı məhdudiyyətlər gücləndirilib, jurnalistlərin peşə borcunu yerinə yetirməsinə maneələr törədilib. Bir çox əcnəbi müxbir ya ölkədən qovulub, ya da akkreditasiyadan məhrum edilib.

2021-ci ildə BBC-nin Pekindəki müxbiri Con Sadsvort gizli şəkildə Tayvan adasına qaçıb.

COVİD-19 pandemiyası başlanandan Çin ölkə daxilində və xaricdə jurnalistlərə daha sərt senzura tətbiq etməyə başlayıb.

Pekin əcnəbi jurnalistləri internet məkanında da hədəfə alır. Jurnalistləri Müdafiə Komitəsinin hesabatına görə, Çinin rəsmi xəbər agentliklərinin əməkdaşları, eləcə də anonim sosial media istifadəçiləri Pekin rejiminin əleyhinə çıxan jurnalistlərə tez-tez virtual hücum həyata keçirir, həmin media nümayəndələrinin adlarını, fotolarını paylaşaraq onları təqib edir.

Bu, Çinin əcnəbi jurnalistləri qorxutmaq, onların yaradıcı azadlığını boğmaq istiqamətində beynəlxalq miqyasda həyata keçirdiyi strategiyanın tərkib hissəsidir”.

“Yerusəlim Post” qeyd edir ki, əslində Çinin mətbuata münasibətini nəzərə alanda jurnalistlərin bu cür təqib edilməsi təəccüb doğurmur: “Dünya Mətbuat Azadlığı İndeksinə görə, Çin mətbuat azadlığı baxımından 180 ölkə arasında 175-ci yerdədir. Həbsdə olan jurnalistlərin sayına görə isə Çin dünyada birinci yeri tutur”.

“Yerusəlim Post” qəzeti beynəlxalq ictimaiyyəti Çinin xarici medianın işinə müdaxiləsini qınamağa, hökumətləri isə mətbuat azadlığını senzura cəhdlərindən qorumağa çağırır.

Mənbə: Jpost.com

Büdcə cərrahiyyəsi

  • 10 İyun 2022

Yaralı ayı

  • 10 İyun 2022

Son materiallar

comments
Xəbər

Azərbaycanın neft satdığı ölkələr

comments
ManşetXəbər

Eldar Həsənov: yeni mərhələnin yeni tarixi

comments
Xəbər

Qolsuz heç-heçə

comments
ManşetTribunaYazarlar

Köhnə bazara təzə nırx

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycanın neft satdığı ölkələr

Son materiallar

comments
Xəbər

Azərbaycanın neft satdığı ölkələr

comments
ManşetXəbər

Eldar Həsənov: yeni mərhələnin yeni tarixi

comments
Xəbər

Qolsuz heç-heçə

comments
ManşetTribunaYazarlar

Köhnə bazara təzə nırx

comments
Xəbər

Avropa və Mərkəzi Asiya bazarlarında reklamçılarla yeni əməkdaşlıq

comments
Xəbər

Müslümün abidəsi

comments
Xəbər

Avropa İttifaqına ixrac

comments
Xəbər

Yaxın ölkələrlə alış-veriş

comments
Xəbər

Azərbaycanın əsas ticarət tərəfdaşları

comments
Xəbər

Neftsiz ixracın əsas ünvanları

comments
Xəbər

İxrac-idxal dinamikası

comments
ManşetXəbər

Xarici ticarətin yeddi ayı

comments
Xəbər

Əli Əliyev hökmü dəyişmədi

comments
Xəbər

Turizm göstəriciləri

comments
ManşetXəbər

Boşanmanın çox olduğu bölgələr

comments
Xəbər

Yoluxma və itki hesabatı

comments
ManşetXəbər

Bölgələr üzrə orta pensiya

comments
Xəbər

Jurnalistin şikayəti boşa getdi

comments
AktualManşetXəbər

Əhali statistikası

comments
ManşetXəbər

Azərbaycanın xarici borcu

comments
Xəbər

Makroiqtisadi göstəricilər

comments
AktualXəbər

Fəxri adlar: neçə nəfər təqaüd alır?

comments
AktualManşetXəbər

Pensiyaçıların sayı, orta pensiya

comments
AktualManşetXəbər

Müsavatçıların nizamnaməsi

comments
AktualManşetXəbər

Fəaliyyət növləri üzrə orta maaş

comments
ManşetXəbər

Yarım ilin demoqrafik hesabatı

comments
ManşetXəbər

115 əskik

comments
Xəbər

“Neftçi” ələndi

comments
Xəbər

Pozuntular, 1892 qərar

comments
AktualXəbər

Publik hüquqi şəxs

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda