• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müharibə əlillərinə birdəfəlik ödəniş: nə xəbər var?

  • 09 İyun 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il fərmanı 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkənin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, vəfat etmiş şəxslərin ailə üzvlərinin bu məbləğlərdə birdəfəlik ödəmə almasını nəzərdə tutur: I dərəcə əlilliyə görə – 8800 manat; II dərəcə əlilliyə görə – 6600 manat; III dərəcə əlilliyə görə – 4400 manat.

Fərmanın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Nazirliyin iyunun 8-də yaydığı rəsmi məlumata görə, birdəfəlik ödəmənin verilməsi üçün hazırlıq işləri yekunlaşır: “Müvafiq komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirir ki, təkliflər təqdim edilib, qayda təsdiqləndikdən sonra ödənişlərə başlanacaq. Ödəmələr elektron sistem üzərindən təyin olunaraq nağdsız qaydada bank hesablarına köçürüləcək. Hazırda ödəniş ediləcək şəxslərin siyahısı müəyyənləşdirilir”.

1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsi həyata keçirilib.

Hərbi qulluqçu 11 min manat məbləğində sığorta edilir.

Dövlət başçısı İlham Əliyevin 2018-ci il aprelin 19-da və 2019-cu il yanvarın 28-də imzaladığı fərmanlarla 1997-ci il avqust ayının 2-dək şəhid olmuş şəxslərin vərəsələrinə 11 min manat birdəfəlik ödəmə verilib.

Millətlər Liqasında turnir vəziyyəti

  • 09 İyun 2022
  • comments

“Maliyyə Nazirliyi büdcə intizamını pozur”

  • 09 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda