UEFA Millətlər Liqasının C divizionunun 3-cü qrupunda ikinci tur yekunlaşıb. Novator.az-ın məlumatına görə, 6 iyun matçlarında bu hesablar qeydə alınıb:
Belarus – Azərbaycan 0:0
Slovakiya – Qazaxıstan 0:1.
İki turdan sonra Qazaxıstanın 6, Slovakiyanın 3, Belarus və Azərbaycanın 1 xalı var.
Qalan oyunlar:
10 iyun
Azərbaycan – Slovakiya
Belarus – Qazaxıstan
13 iyun
Azərbaycan – Belarus
Qazaxıstan – Slovakiya
22 sentyabr
Slovakiya – Azərbaycan
Qazaxıstan – Belarus
25 sentyabr
Azərbaycan – Qazaxıstan
Belarus – Slovakiya.
2023-cü ilin iyun ayına təyin olunmuş final mərhələsinə A divizionu qruplarının dörd qalibi çıxacaq.
Reqlamentə görə, A, B, C divizionlarında qrup zəifləri aşağı diviziona enəcək, B, C, D divizionlarında qrup qalibləri yuxarı diviziona yüksələcək, A, B, C divizionlarının ümumilikdə 3 güclü komandası 2024-cü ilin Avropa çempionatına vəsiqə alacaq.