Mərkəzi Bank iyunun 7-də ABŞ dollarının məzənnəsini 1,7 manat həddində saxlayıb, bununla qiymət sabitliyinin 4 il 3 ayı tamam olub.
2015-2016-cı illərdə dolların rəsmi kursu 0,7844 manatdan 1,7707 manata yüksəlib. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif edilir.
Novator.az bildirir ki, Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar-may aylarında keçirdiyi valyuta hərraclarında 2 milyard 461,1 milyon dollar vəsait satıb. Yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda 526,2 milyon, apreldə 548,7 milyon, mayda 288 milyon dollar alınıb.
Manatı qorumağa Dövlət Neft Fondu 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard dollar sərf edib.