22-ci dünya futbol çempionatının final mərhələsinə çıxan milli komandaların sayı 30-a çatıb. İyunun 5-də Uels yığması final bileti alıb.
Novator.az bildirir ki, 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək final mərhələsinə son 2 vəsiqəyə Avstraliya və BƏƏ ilə Peru, Kosta Rika ilə Yeni Zelandiya iddialıdır.
Dünya çempionatının qrupları belə müəyyənləşib:
A qrupu
Qətər
Ekvador
Seneqal
Niderland
B qrupu
İngiltərə
İran
ABŞ
Uels
C qrupu
Argentina
Səudiyyə Ərəbistanı
Meksika
Polşa
D qrupu
Fransa
BƏƏ və ya Avstraliya və ya Peru
Danimarka
Tunis
E qrupu
İspaniya
Yeni Zelandiya və ya Kosta Rika
Almaniya
Yaponiya
F qrupu
Belçika
Kanada
Mərakeş
Xorvatiya
G qrupu
Braziliya
Serbiya
İsveçrə
Kamerun
H qrupu
Portuqaliya
Qana
Uruqvay
Cənubi Koreya.
Qrupları ilk iki sırada bitirən komandalar 1/8 finala adlayacaq.
1930-cu ildən keçirilən dünya çempionatlarında Braziliya 5 dəfə, İtaliya və Almaniya 4 dəfə, Uruqvay, Argentina və Fransa 2 dəfə, İngiltərə və İspaniya 1 dəfə qızıl medallara sahib olub.