Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda 14606 nikah rəsmiləşib, əhalinin hər 1000 nəfərinə 5,9 nikah düşüb.
Novator.az bildirir ki, hər 1000 nəfərə nikahın daha üstün olduğu rayon və şəhərlər də var:
Beyləqan – 8,1
Ağcabədi – 8
Tovuz – 7,9
Bərdə – 7,7
Kəlbəcər – 7,6
Naftalan, Yardımlı – 7,5
Goranboy, Oğuz, Zərdab – 7,3
Bakının Qaradağ rayonu, Samux – 7,1
Bakının Sabunçu rayonu, İmişli, Sabirabad – 7
Ağdam, Lerik – 6,9
Bakının Suraxanı rayonu, Qazax, Saatlı – 6,8
Laçın, Tərtər – 6,7
Bakının Binəqədi rayonu, Biləsuvar, Daşkəsən, Füzuli, Kürdəmir, Şirvan – 6,6
Qobustan, Qubadlı – 6,4
Bakının Xətai rayonu – 6,3
Bakının Nərimanov rayonu, Ağdaş – 6,2
Göyçay, Zaqatala – 6,1
Qax, Zəngilan – 6.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə əhalinin hər 1000 nəfərinə 10,4 nikah qeydə alınıb. Bu, ən yüksək göstəricidir.
Hər 1000 nəfərə ən az nikah 2020-ci ildə kəsilib – 3,5. Bu, koronavirus pandemiyası fonunda tətbiq edilən toy qadağasından irəli gəlib. Azərbaycanda toy mərasimləri həmin il martın 16-dan 2021-ci il iyulun 1-dək yasaq altında olub.