Novator.az xarici valyutaların beş aylıq rəsmi məzənnələrini təqdim edir.
Mərkəzi Bank 2022-ci ilin siftəsində avroya 1,9191 manat qiymət qoyub, yanvarda ən yüksək kurs 1,9506, fevralda 1,9494, martda 1,9039, apreldə 1,8810, mayda 1,8267 manat olub.
Gürcüstan larisi ilə 0,5493 manatla başlayıb, yanvarda ən yuxarı məzənnə 0,5583, fevralda 0,5812, martda 0,5485, apreldə 0,5630, mayda 0,5997 manat həddində rəsmiləşib.
Rusiya rublu yola 0,0225 manatla çıxıb. Yanvarda zirvə 0,0229, fevralda 0,0227, martda 0,0204, apreldə 0,0234, mayda 0,0307 manat göstərilib.
Türkiyə lirəsi ilə 0,1263 manatla start verib, yanvarda maksimal kurs 0,1273, fevralda 0,1276, martda 0,1229, apreldə 0,1166, mayda 0,1152 manatı ötməyib.
2015-ci ilin devalvasiyalarında ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar-aprel aylarında keçirdiyi valyuta hərraclarında 2 milyard 173,1 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda 526,2 milyon, apreldə 548,7 milyon dollar alınıb.
Manatı qorumağa 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard dollar sərf olunub.