UEFA-nın baş klub turniri olan Çempionlar Liqasında 2021-2022 mövsümü bitib. Novator.az-ın məlumatına görə, mayın 28-də Fransanın paytaxtı Parisin ev sahibliyi etdiyi final matçında İspaniya “Real”ı İngiltərənin “Liverpul” komandasını 1:0 hesabı ilə yenib.
1955-ci ildən keçirilən, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə 22 komandanın zəfəri var. “Real” 14, “Milan” 7, “Bavariya”, “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya), “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu”, “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund) 1 titula sahibdir.