Son rəsmi hesabata görə, Azərbaycanda koronavirusa yoluxmuş 792732 nəfərin 9710-u vəfat edib, 53 nəfər infeksiyadan müalicə alır.
2019-cu ilin dekabrında Çində üzə çıxıb 229 ölkə, ərazi və məkana yayılan yeni növ koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, həmin il 218700 yoluxma, 2641 ölüm, növbəti il 398247 yoluxma, 5717 ölümlə bitib.
Novator.az bildirir ki, 2022-ci ilin göstəriciləri belədir:
yanvar – 41523 yoluxma, 376 ölüm
fevral – 127200 yoluxma, 683 ölüm
mart – 6262 yoluxma, 275 ölüm
aprel – 630 yoluxma, 17 ölüm
may – 170 yoluxma, 1 ölüm.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır. Statistikaya əsasən, 5 milyon 346,5 min nəfərə bir, 4 milyon 847,9 min nəfərə iki, 3 milyon 273,4 min nəfərə üç və daha çox, 244,9 min nəfərə xəstəlikdən sonra bir doza peyvənd vurulub.