• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

  • 23 May 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

CNN kanalının internet səhifəsində Ukrayna prezidenti Vladimir Zelenski barədə yayılan təxribat xarakterli dezinformasiyalarla bağlı yazı yerləşdirilib.

Novator.az-ın məlumatına görə, yazıda ABŞ-ın kiber təhlükəsizlik üzrə ixtisaslaşmış “Mandiant” şirkətinin araşdırmasına istinad olunur.

Bildirilir ki, Rusiya bu il Ukraynaya qarşı müharibəyə başlamazdan bir neçə həftə qabaq guya Vladimir Zelenskinin intihar etdiyi haqda məlumat yayılıb.

“Mandiant”ın araşdırması üzə çıxarıb ki, həmin xəbəri Rusiya və Belarusda fəaliyyət göstərən əməliyyatçılar yayıblar. Məqsəd Ukraynada, Avropa ölkələrində ictimai ovqatı, hökumətləri sarsıtmaq, həmçinin gözlənilən hərbi təcavüzlə bağlı həqiqətləri ört-basdır etmək olub.

Yazıda vurğulanır ki, saxta intihar xəbəri “Mandiant”ın Ukrayna prezidenti ilə bağlı üzə çıxardığı çoxsaylı dezinformasiyalardan yalnız biridir.

Analitiklər qeyd ediblər ki, Kreml həmişə olduğu kimi müharibəni həm də informasiya cəbhəsində aparır. Ona görə dezinformasiyalar müharibə başlanandan sonra nəinki dayanmayıb, əksinə, daha intensiv şəkildə davam etdirilməkdədir.

Hazırda Kremlin əsas məqsədlərindən biri müharibənin səbəbi və Rusiya ilə bağlı ağır nəticələri, yəni Rusiyanın döyüşlərdəki itkiləri haqda yanlış təsəvvür formalaşdırmaqdır.

Belarusdan yayılmış dezinformasiyaların birində iddia edilib ki, guya Polşada hökumət rəsmilərinin himayəsi altında olan cinayətkar qruplaşma ukraynalı qaçqınların orqanlarını toplamaqla məşğuldur.

“Mandiant”ın baş analitiki Alden Uolstrom CNN-ə açıqlamasında deyib ki, dezinformasiyaların geniş arealda və sürətlə yayılması Moskvanın informasiya mühitinə ciddi  önəm  verdiyini göstərir: “Biz onların istər Ukraynaya hərbi hücum ərəfəsində, istərsə də sonra informasiya müharibəsi aparmaq üçün qurduqları infrastrukturdan necə ciddi-cəhdlə yararlandıqlarını görürük. Onlar vaxtilə bu işə sərmayə yatırıblar və indi öz imkanlarından maksimum istifadə edirlər”.

Mütəxəssislərin sözlərinə görə, fəal dezinformasiya kampaniyaları həmişə Rusiyanın xarici siyasət strategiyasının tərkib hissəsi olub. Rusiyada bu ənənənin kökü hələ sovet dövrünə gedib çıxır.

CNN xatırladır ki, mart ayında “Facebook” və “YouTube” platformaları rəqəmsal texnologiyalar vasitəsilə quraşdırılmış, guya Zelenskinin Ukrayna əsgərlərindən silahı yerə qoymağı xahiş etməsi barədə görüntünü sistemdən silməli olub: “Həmin saxta video şəbəkələrdə çox geniş yayılmışdı. Az sonra Zelenskinin özü dezinformasiyanın qarşısını almaq üçün video müraciətində Ukraynanın müdafiəsinin davam etdiyini söyləmək məcburiyyətində qaldı.

Xoşbəxtlikdən “Mandiant” şirkətinin araşdırdığı dezinformasiyaların heç də hamısı internet məkanında geniş şəkildə paylaşılmayıb. Ukrayna vətəndaşlarının, ordusunun isə Rusiyanın işğalına qarşı müqaviməti zəifləməyib”.

CNN Rusiyanın ABŞ-dakı səfirliyindən və Belarus Xarici İşlər Nazirliyindən “Mandiant”ın araşdırması ilə bağlı şərh tələb edib.

Mənbə: CNN.com

Məhsullar üzrə idxal göstəriciləri

  • 23 May 2022
  • comments

3 turnir, 233 komanda

  • 23 May 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Siyasət
  • Texnologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda