• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AZAL-dan zərər

  • 19 May 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) maliyyə hesabatından yazıb.

Əsası 1992-ci ildə qoyulmuş AZAL-ın bütün səhmləri dövlətə məxsusdur, quruma 1996-cı ildən Cahangir Əsgərov rəhbərlik edir.

AZAL 2020-ci il üzrə maliyyə hesabatında 76 milyon manatdan çox ziyan çəkdiyini bildirib.

Novator.az-ın məlumatına görə, Natiq Cəfərli “Facebook”da hesabata belə bir replika verib: “İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərər-ziyanla işləyəsən. AZAL 2020-ci ili 76 milyon 415 min manat xalis zərərlə başa vurub, halbuki 2020-ci ildə hökumətdən pandemiya fonunda 232 milyon 82 min manat subsidiya da alıb.

AZAL-ın 2,2 milyard manat borcu da var. Əsas borc dövlətə, Maliyyə Nazirliyinədir, yəni ölmüş puldur, AZAL bu vəsaiti qaytarmayacaq, bir müddət sonra borclar silinəcək. Bunun bir adı var – oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə”.

AXCP sədri Əli Kərimli də hesabata münasibət bildirib: “Uzun illərdir xalqımız AZAL-ın artan zərəri haqda yazılar oxuyur. Son məlumata görə, AZAL-ın zərəri 1 milyard 763 milyon manata çatıb. Bir tərəfdən təyyarələrini dövlət alan, biletləri üç-dörd qat baha sataraq xalqımızın cibinə girən AZAL-ın dövlətə vurduğu zərər artır, o biri tərəfdən də AZAL prezidenti Cahangir Əsgərovun ailə biznesinin çiçəklənməsi, Azərbaycanda, Gürcüstanda, Çexiyada, İngiltərədə, Türkiyədə müxtəlif şirkətlər, hotellər, restoranlar, malikanələr şəbəkəsi qurması haqda məlumatlar dolaşır. Sanki bu ölkədə heç dövlət yoxdur. Hakimiyyəti, gücü, sərvətləri əlində saxlayan dəstə ölkəni cəngəllik qanunları ilə idarə edir. Milyonlarla sadə insan yoxsulluqla mübarizə edərkən oğruların, korrupsionerlərin milyardları artır. Dövlət, hüquq olan yerdə belə şeylər olmur. Bunlar olursa, deməli, hələ dövlət ola bilməmişik”.

İxrac-idxal dinamikası

  • 19 May 2022
  • comments

“Vaşinqton Post”: Rusiya uduzur

  • 19 May 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda