Mayın 18-də yayılan rəsmi hesabata görə, Azərbaycanda 42 koronavirus xəstəsi var, infeksiyaya yoluxmuş 792685 nəfərin 9710-u vəfat edib, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, həmin il 218700 yoluxma, 2641 ölüm, növbəti il 398247 yoluxma, 5717 ölümlə bitib.
Novator.az bildirir ki, 2022-ci ilin statistikası belədir:
yanvar – 41523 yoluxma, 376 ölüm
fevral – 127200 yoluxma, 683 ölüm
mart – 6262 yoluxma, 275 ölüm
aprel – 630 yoluxma, 17 ölüm
may – 123 yoluxma, 1 ölüm.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır. Statistikaya əsasən, 5 milyon 344,5 min nəfərə bir, 4 milyon 845,3 min nəfərə iki, 3 milyon 261,4 min nəfərə üç və daha çox, 243,6 min nəfərə xəstəlikdən sonra bir doza peyvənd vurulub.