
2022-ci il iyulun 1-də əlilliyin müəyyən olunması üzrə qanun dəyişikliyi qüvvəyə minir. Novator.az bildirir ki, yeni meyarlarla I dərəcə orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi, II dərəcə orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi, III dərəcə orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən edilir.
Mayın 17-də Nazirlər Kabineti əlilliyin müəyyən olunması meyarlarını təsdiqləyib. Sənədə görə, I dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünə qulluq etmək bacarığı; II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünə qulluq etmək bacarığı; III dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünə qulluq etmək bacarığının olmaması kimi rəsmiləşir.