• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Konstitusiyadakı dilimiz

  • 17 May 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Dil normalarının pozulması Azərbaycanda tez-tez gündəmə gəlir. Novator.az bunu nəzərə alaraq ölkənin əsas qanununda – Azərbaycan Konstitusiyasında olan yanlışlara diqqət yönəldib.

Azərbaycan dilinin orfoqrafiya normalarına görə, ilə qoşması aid olduğu sözdən ayrı yazılmalıdır. Dörd söz istisnadır: etibarilə, məqsədilə, münasibətilə, vasitəsilə.

Konstitusiyanın 32 və 49-cu maddələrində ilə qoşması olan söz yanlış yazılıb: şərtilə.

29 və 71-ci maddələrdə isə doğru variant yer alır: şərti ilə.

Ana qanunun preambulasında məqsədilə sözü orfoqrafiya normasına uyğun yazılıb.

9, 20, 29, 32, 114, 125 və 130-cu maddələrdə isə norma pozulub: məqsədi ilə.

48-ci maddədə münasibətilə əvəzinə münasibəti ilə variantı gedib.

2, 55, 125, 127 və 143-cü maddələrdə də orfoqrafiya pozuntusu var: vasitəsilə yerinə vasitəsi ilə variantı keçir.

Konstitusiya mətnində rəsmi sənədlərə (qanun, fərman, sərəncam, qərar və s.) aid xarakterik halı – Azərbaycan türkcəsinə pərçim edilmiş tərəfindən sözündən istifadəni də qeyd etmək olar. 24 yerdə tərəfindən sözü yer alır. Ana qanunun preambulasında ilk cümləyə baxaq:

– Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir.

Cümlədəki başqa qüsurlara da əl gəzdirəndə belə variant alına bilər:

– Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə yeni konstitusiya layihəsi üzrə komissiyada hazırlanıb, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilib.

Başqa bir qüsur: ana qanunda 52 halda sadə var sözü əvəzinə qondarma vardır sözü işlədilir. Məsələn:

– Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

“Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları var” yazmaq olmazmı?

NATO-ya qoşulmaq yolu

  • 17 May 2022
  • comments

İdarəçilikdə qadınlar

  • 17 May 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Hüquq
  • Media
  • Mədəniyyət
  • Siyasət
  • Təhsil

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda