Prezident-parlament respublikası olan Fransada baş nazir vəzifəsinə qadın təyinat alıb: Elizabet Born.
Novator.az bildirir ki, Avropa İttifaqının 5 ölkəsində hökumətə qadın başçılıq edir: parlament idarə üsullu ölkələr olan Danimarkada baş nazir postunu Mette Frederiksen, Estoniyada Kaya Kallas, Finlandiyada Sanna Marin, İsveçdə Maqdalena Andersson, Litvada İnqrida Şimonite tutur.
Prezident idarə üsullu ABŞ-da ikinci vəzifəli şəxs – vitse-prezident qadındır: Kamala Harris.
Parlamentin aşağı palatasına qadın sədrlik edir, daxili işlər naziri, maliyyə naziri, ticarət naziri, energetika naziri, tikinti və şəhər inkişafı naziri, Milli Kəşfiyyatın direktoru, ticarət nümayəndəsi, Kiçik Biznes Administrasiyasının rəhbəri, İqtisadi Məşvərətçilər Şurasının sədri, Elm və Texnologiya Siyasəti Ofisinin rəisi, İnzibati-Büdcə İdarəsinin direktoru, BMT-dəki daimi nümayəndə postları da qadınlara həvalə olunub.
Azərbaycanda ən yüksək vəzifəli qadın birinci vitse-prezident Mehriban Əliyevadır.
Sahibə Qafarova Milli Məclisin sədridir.
Nazirlər Kabineti üzvləri arasında bir qadın var: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova.
Azərbaycana yaxın ölkələrin ikisində dövlət başçısı postunda qadın əyləşir: Gürcüstanda Salome Zurabişvili, Moldovada Mayya Sandu prezidentdir. Moldovada baş nazir də qadındır: Natalya Qavrilitsa.