Əmək və Əhalinin Sosial Müdafiəsi pensiyanın orta aylıq məbləği barədə statistika yayıb. Novator.az bildirir ki, hesabata görə, 2005-ci ilin sonuna Azərbaycanda orta pensiya 29,7 manat olub. Qalan illərin yekun göstəriciləri belədir:
2006 – 41,09 manat
2007 – 58,9 manat
2008 – 95,8 manat
2009 – 100,4 manat
2010 – 112,8 manat
2011 – 145,1 manat
2012 – 152,03 manat
2013 – 170,4 manat
2014 – 173,4 manat
2015 – 177,6 manat
2016 – 192,1 manat
2017 – 205,5 manat
2018 – 221,3 manat
2019 – 263,5 manat
2020 – 302,2 manat
2021 – 331 manat.
2006-cı il yanvarın 1-də manatın denominasiyası həyata keçirilib. 1 yeni manat 5000 köhnə manata bərabər tutulub.
2022-ci il aprelin 1-nə pensiyaların orta aylıq məbləği 363 manat göstərilib.
Əmək pensiyasının minimum məbləği 240 manatdır.
Rəsmi statistikaya əsasən, 2022-ci il yanvarın 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 200,5 min pensiyaçı qeydiyyatda olub.
Azərbaycanda kişilər 65, qadınlar 62 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxsə 180 manat müavinət düşür.