• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cins nisbəti: pozuntu və mübarizə

  • 06 May 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci il martın 1-nə Azərbaycanda orta hesabla hər 1000 kişiyə 1001 qadın düşüb. Bu, dövlət müstəqilliyi bərpa olunandan bəri ən aşağı göstəricidir. 1991-ci ildə, müstəqillik bərpa olunan il 1000 kişiyə 1048 qadın düşüb, sonrakı illərdə azalma qeydə alınıb (1999-cu ildəki artımı, 1998 və 2021-ci illərdəki sabitliyi çıxmaqla).

Cins nisbətində bu cür davamlı dəyişmənin səbəbləri nələrdir?

Son illər ölkədə doğulanların 53 faizindən çoxu oğlan uşaqlarıdır. Bu hal hansı demoqrafik fəsadlara gətirib çıxara bilər?

Qızların doğumunu stimullaşdırmaq üçün nələr etmək olar?

Novator.az bu suallarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə üz tutub.

Komitənin sorğuya cavabında qeyd olunur ki, Azərbaycan qanunvericiliyi cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyi yolverilməz sayır: “Buna baxmayaraq bəzi ailələrdə oğlan uşaqlarına üstünlük verilir. Gender əsaslı cins seçiminin kökündə gender stereotipləri, gender bərabərsizliyi, oğlan uşaqlarına daha yüksək dəyər aşılayan patriarxal ailə strukturu kimi məsələlər dayanır. Təəssüf olsun ki, bir çox ailədə qadınların reproduktiv sağlamlıq hüquqları qorunmur, ailə üzvlərinin istəyinə əsasən qadın hamiləliyi dayandırmağa məcbur edilir. Bəzən də qadın yalnız qız uşaqları dünyaya gətirdiyi üçün təzyiqlərə məruz qalır.

Bu halların qarşısının alınması məqsədilə dövlət silsilə tədbirlər həyata keçirir. “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün tədbirlər planı” uğurla icra edilir. Planın əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına verilən önəmin, dəyərin göstərilməsi, gender stereotiplərinin aradan qaldırılmasıdır. “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanunun qəbul edilməsi də bu istiqamətdə problemlərin həllinə öz müsbət təsirini göstərir.

Cins tarazlığının pozulması müəyyən fəsadlarla nəticələnir. Selektiv abortlar oğlan uşaqlarının sayının artmasına gətirib çıxara bilər, bu da ölkənin demoqrafik inkişafına mənfi təsir göstərir.

Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması məqsədilə qadınlar arasında sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin stimullaşdırılması, doğulanlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna təsiri və abortların reproduktiv sağlamlığa zərəri haqqında maarifləndirmə işinin aparılması çox vacibdir. Əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği, bu sahədə maarifləndirmə işi mütəmadi aparılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bölgələrdə silsilə maarifləndirici tədbirlər həyata keçirir, həm komitənin saytında, həm sosial şəbəkələrdə mütəmadi maarifləndirici materiallar paylaşılır, sosial çarxlar hazırlanır, görüşlərdə materiallar paylanır. Eyni zamanda komitə əməkdaşları və mütəxəssislər təlimlərə cəlb olunur, müsbət təcrübə öyrənilir.

Sosial layihələrin keçirilməsinə də xüsusi önəm verilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Təşkilatları Milli Şurasının Niderlandın Azərbaycandakı səfirliyi və Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində qız övladlarının dəyərinin təşviqinə dəstək məqsədilə təşkil etdiyi “Atalar və qızlar” festivalı olduqca maraqla qarşılanıb. Bu tədbirlər risk qrupuna daxil olan ailələrin reproduktiv davranış sahəsində bilik səviyyəsinin artırılması, gənc və yeniyetmələrin cinsi mədəniyyət sahəsində maarifləndirilməsinin gücləndirilməsi, arzuolunmaz hamiləliklərin, abortların artmasının, doğulacaq uşağın cinsinin seçilməsinin qarşısının alınmasına yönəlir.

“Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı da həyata keçirilib. Proqram çərçivəsində müxtəlif layihələr və tədbirlər təşkil edilib. Bunlardan “Ürəyinin səsini dinlə” kampaniyası və bu kampaniya çərçivəsində hazırlanan sosial çarx, eləcə də müxtəlif sərgilərin təşkilini qeyd etmək olar”.

Prezidentə və qohumlarına yasaqlar gəlir

  • 06 May 2022
  • comments

117 dollara doğru

  • 06 May 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gender
  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda