Milli hesabata görə, Azərbaycanda 51 koronavirus xəstəsi var, infeksiyaya yoluxmuş 792599 nəfərin 9709-u vəfat edib, qalanları müalicə olunaraq sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən yeni növ koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, həmin il 218700 yoluxma, 2641 ölüm, ötən il 398247 yoluxma, 5717 ölümlə bitib.
Novator.az bildirir ki, 2022-ci ilin statistikası belədir:
yanvar – 41523 yoluxma, 376 ölüm
fevral – 127200 yoluxma, 683 ölüm
mart – 6262 yoluxma, 275 ölüm
aprel – 630 yoluxma, 17 ölüm
may – 37 yoluxma.