• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Bir gün mütləq…”

  • 29 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Aprelin 28-də 57 yaşı tamam olan AXCP sədri Əli Kərimli həmin gün aldığı təbrikləri özünün “Facebook” səhifəsində cavablandırıb: “Ömrün daha bir ilinin başa vurulması həm də hesabat məqamıdır. Məmnunam ki, ömrümün daha bir ilini Vətənimizdə haqqın, ədalətin, azadlıqların bərqərar edilməsi uğrunda mübarizəyə həsr etdim. Mənim aləmimdə ömrün ən mənalı illəri xalqa xidmətə həsr olunmuş illərdir.

Təəssüf ki, xalq olaraq durumumuz acınacaqlıdır, milyonlarla soydaşımız problemlər içində boğulur. Deməli, mübarizəmiz hələ də gözlə görünən nəticə verməyib. Ancaq mən ömrümün daha bir ilində bacardığım qədər zalımın və zülmün qarşısında, məzlumun, hüququ pozulanın yanında olmağa çalışdım. Allah nə qədər ömür veribsə, qalan illərimi də xalqıma xidmətə həsr edəcəm.

Verdiyiniz yüksək dəyər üzərimdəki məsuliyyəti daha da artırır. Xalq olaraq birgə səylərimizlə Azərbaycanda azadlıq və ədaləti bir gün mütləq bərqərar edəcəyimizə tam əminəm”.

Novator.az bildirir ki, Əli Kərimli 1965-ci il aprelin 28-də Saatlı rayonunun Azadkənd kəndində doğulub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Milli azadlıq hərəkatının öncül şəxslərindəndir.

1991-ci ildən “Azadlıq” qəzetinin parlament müxbiri və şərhçisi olub. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993-cü illər) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifələrində çalışıb.

1993-cü ildən AXC sədrinin müavini, daha sonra birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. AXCP-yə 2000-ci ildən rəhbərlik edir, sədr postuna 2001-ci ildə seçilib. 2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.

Avropa Məhkəməsindən yeni cərimə

  • 29 Aprel 2022
  • comments

Mirzəliyə hücum: dörd azərbaycanlı həbs edilib

  • 29 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda