• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Haqqın gücü

  • 27 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Əli Kərimli
AXCP sədri

Ukrayna xalqı bütün proqnozları alt-üst edir. Savaşdan əvvəl heç bir hərbi ekspert, heç bir kəşfiyyat qurumu Ukraynanın Rusiya ilə az qala bərabər tərəf kimi vuruşacağını proqnozlaşdıra bilməmişdi. Ukraynanın ciddi müqavimət göstərəcəyini, Rusiyanın xeyli itki verəcəyini deyən çox idi. Ancaq Ukraynanın Rusiya ilə bərabər səviyyəli güc kimi vuruşması əsl sürpriz oldu.

Rusiya-Ukrayna savaşının iki ayı arxada qaldı. Bu iki ayın əsas nəticəsi: savaş nə qədər uzansa da, Rusiya Ukraynanı məğlub edə bilməyəcək.

Rusiya Kiyev uğrunda döyüşü başlamadan uduzdu. İndi də savaşda əsaslı dönüş üçün son ümidləri olan Donbas uğrunda böyük döyüş yerində sayır. Rusiya böyük itkilər bahasına Luqansk, İzyum istiqamətində xırda irəliləyişlər etsə də, Xerson və Xarkov istiqamətlərində onlarca yaşayış məntəqəsini itirib.

İşğalçının hücumları bütün istiqamətlərdə dayandırılıb. Ukrayna əvvəllər tutulmuş yüzlərlə yaşayış məntəqəsini azad edib. Rusiya ordusu çox ağır itkilər verib. Ukrayna ordusu Donbas hücumunu dəf edib xaricdən gələn ağır silahların köməyi ilə güclü əks-hücum hazırlayarkən Rusiya rəhbərliyi gərginlik və məyusluq içində bataqlıqdan necə çıxmaq üçün baş sındırır. Kiyevi iki sutkaya tutmaqla hədələyən müharibə qırğıları indi savaşın Rusiya ərazilərinə daxil olmasının həyəcanını yaşayırlar. Ukrayna ordusunun sərhəddən 150 kilometr aralı olan Bryansk şəhərindəki strateji obyektləri vura bilməsi, ABŞ-dan 300 kilometri vura bilən raket sistemləri alması Rusiyanın Ukraynaya yaxın şəhərlərindəki strateji obyektlərinin vurulma ehtimalını yüksək edir.

Ukrayna hazırda Rusiya ilə bərabər tərəf kimi vuruşur. Ancaq tezliklə bu bərabərliyin Ukraynanın xeyrinə dəyişməsi də gözlənəndir.

Ukraynanın Rusiya ilə savaşda əldə etdiyi nəticə ona görə qeyri-adi uğurdur ki, Ukrayna Rusiyadan ərazi baxımdan 28 dəfə, əhali baxımdan 4 dəfəyə yaxın, hərbi büdcə baxımından 11 dəfə kiçik dövlətdir. Ukrayna öz nümunəsi ilə Vətən sevgisinin, azadlıq eşqinin və haqlı olma inamının nə qədər böyük qüvvə olduğunu və özündən dəfələrlə böyük və güclü qüvvəyə qalib gəlmə imkanı yaratdığını ortaya qoyur.

Koronavirus statistikası

  • 27 Aprel 2022
  • comments

Qalib Gözəl

  • 27 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda