2022-ci ilin birinci rübündə Azərbaycanda 8,3 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib, bunun 6,7 milyon tona yaxını ixrac olunub. Hesabatı Energetika Nazirliyi yayıb.
2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel olub.
Beynəlxalq razılaşma aprel üçün gündəlik hasilatı 682 min barrel, may üçün 688 min barrel müəyyən edib.
Son illərin hasilat göstəriciləri belə rəsmiləşib: 2008-ci il – 44,5 milyon ton, 2009-cu il – 50,4 milyon ton, 2010-cu il – 50,8 milyon ton, 2011-ci il – 45,6 milyon ton, 2012-ci il – 43,4 milyon ton, 2013-cü il – 43,5 milyon ton, 2014-cü il – 42 milyon ton, 2015-ci il – 41,6 milyon ton, 2016-cı il – 41 milyon ton, 2017-ci il – 38,7 milyon ton, 2018-ci il – 38,8 milyon ton, 2019-cu il – 37,4 milyon ton, 2020-ci il – 34,5 milyon ton, 2021-ci il – 34,6 milyon ton.