• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İki nazirliyin bir cavabı

  • 20 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iki nazirliyi “İnformasiya əldə etmək haqqında” qanunu pozmaqda günahlandırır. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, aprelin 1-də Maliyyə Nazirliyinə işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məqsədilə 2021-ci ilin dövlət büdcəsindən ayrılmış vəsaitlər barədə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həmin bölgələrdə 2021-ci ildə həyata keçirilmiş layihələr barədə sorğular verib: “İnformasiya əldə etmək haqqında” qanunun 9-cu maddəsinə əsasən, dövlət orqanları və bələdiyyələr informasiya sahibləri hesab olunur. 10-cu maddədə yazılır ki, informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur. 24-cü maddədə qeyd olunur ki, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.

Bütün bunlar qanunun tələbləridir, qanunda informasiya sorğusunu icra etməyən dövlət orqanının məsuliyyəti də müəyyələşdirilib. Bununla əlaqədar dəfələrlə məhkəmələrə müraciət etsək də, məhkəmələr də sorğuya cavab verməyən dövlət orqanlarını haqlı çıxarır.

Ölkənin iki nazirliyinə təqdim etdiyimiz sorğuların əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə xərclənən vəsaitlərlə bağlı məlumat almaqdır. Müraciət etdiyimiz dövlət orqanlarının hər ikisi qanunu pozur. Maliyyə Nazirliyi sahibi olduğu informasiyanı vermir ki, onu büdcə sənədlərində açıqlayacaq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ona görə imtina edir ki, informasiyanı işğaldan azad edilmiş ərazilərə məsul Əlaqələndirmə Qərargahına verir.

Hər iki nazirlik sorğunu cavablandırmaqdan imtina edir. Bu, “İnformasiya əldə etmək haqqında” qanunu ayaq altına atıb tapdamaqdır.

Nazirliklər işğaldan azad edilmiş ərazilərdə xərclənən vəsaitləri gizlətməyə çalışır. Nədən? İşğaldan azad edilmiş ərazilərdə xərclənən vəsaitlərin istifadəsində korrupsiya yoxdursa, bu məlumatları niyə gizlədirlər?”

Qubad İbadoğlu iqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professorudur. 2015-ci ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatını qurub, 2021-ci ildə həmin qurumun bazasında partiya yaradılıb.

Demokratik Azərbaycanda…

  • 20 Aprel 2022
  • comments

Çörək dərdinin çözümü

  • 20 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Hillaridən Tramp etirafı – “The Hill”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Senatorlar Putini hədələyir – “Assoşieyted Press”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Hillaridən Tramp etirafı – “The Hill”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda