• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

27 ölkədə müharibə sorğusu

  • 20 Aprel 2022
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Mərkəzi ofisi Fransa paytaxtında yerləşən “İpsos” beynəlxalq tədqiqat şirkəti dünyanın 27 ölkəsində Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı rəy sorğusu keçirib.

Novator.az-ın məlumatına görə, faktiki bütün qitələri əhatə edən sorğu martın 25-dən aprelin 3-dək 19 min nəfər arasında onlayn formada aparılıb.

Respondentlərin 82%-i Rusiyanın Ukraynada başlatdığı müharibəni bütün dünyaya böyük təhlükə saydığını deyib.

61% bildirib ki, Ukraynadakı müharibənin onların yaşadığı ölkəyə birbaşa aidiyyəti var. Bu cür düşünənlərin sayı bəzi ölkələrdə daha yüksək olub: Yaponiyada 87%, Polşada 77%, Cənubi Koreyada 77%, İsveçdə 75%.

Respondentlərin 57-77%-nin Rusiya-Ukrayna müharibəsi haqda xəbərləri vaxtaşırı izlədiyi aydınlaşıb.

Sorğu iştirakçılarının orta hesabla 74%-i öz ölkəsinin ukraynalı qaçqınları qəbul etməsinə tərəfdar çıxıb. İsveçdə bu göstərici daha çox – 89%, Niderlandda 86%, İspaniyada 85%, Polşada 84% olub.

Respondentlərin 68%-i əmindir ki, Ukraynadakı vəziyyətə müdaxilə olunmasa, Rusiya başqa ölkələrdə də hərbi əməliyyatlara həvəslənə bilər. Eyni zamanda respondentlərin 72%-i öz ölkəsinin hərbi toqquşmadan yayınmasını istədiyini söyləyib.

Sorğu iştirakçılarının orta hesabla 17%-i vətəndaşı olduğu ölkənin Ukraynaya qoşun göndərməsinə tərəfdar çıxıb.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır. Ölkənin hərbi və mülki obyektlərinə, o cümlədən yaşayış evlərinə, xəstəxanalara, qadınların, uşaqların sığındığı binalara zərbələr endirilir, təxliyə olunmaq istəyən dinc sakinlər atəşə tutulur, şəhərlər bombalanır.

Rusiyanın təcavüzü bu günədək Ukrayna əhalisinin 20%-dən çoxunun yaşayış yerini dəyişməsi ilə nəticələnib.

Mənbə: İpsos.com

Nə gəlir, haradan gəlir?

  • 20 Aprel 2022
  • comments

Şahbaz Xuduoğlu Cəngavər rütbəsinə layiq görülüb

  • 20 Aprel 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ordu
  • Siyasət
  • Texnologiya

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda