• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tutulan jurnalistin işi nəzarətə götürülüb

  • 15 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Daxili işlər naziri Vilayət Eyvazov jurnalist Zahir Əmənovun tutulması işini nəzarətə götürüb. Xəbər aprelin 15-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəsmisi Elşad Hacıyevə istinadla yayılıb.

Cənub.az xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənov aprelin 13-ü Masallı rayonunda tutulub. Jurnalistin yerli məmur İsrafil Əliyevi şantaj edərək ondan 1500 manat aldığı üçün saxlandığı, hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyətinə cəlb olunduğu açıqlanıb.

Aprelin 14-də bir qrup jurnalist və media hüquqçusu daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. Arif Əliyev, Elçin Şıxlı, Mehman Əliyev, Qulu Məhərrəmli, Əvəz Zeynallı, Ələsgər Məmmədli, Xalid Ağalıyevin imzaladığı müraciətdə bunlar qeyd olunub: “Biz Zahir Əmənovu Azərbaycanın aparıcı regional KİV-lərindən birinin rəhbəri, təcrübəli, alicənab jurnalist kimi tanıyırıq və onun pul tələb etməsinə inana bilmirik. Burada ən azı yanlışlıq olduğunu düşünürük.

Eyni zamanda sizi əmin edirik ki, Zahir Əmənovun azadlıqda qalması istintaqın ədalətli və maneəsiz aparılması üçün heç bir problem yaratmayacaq və buna zəmanət verməyə hazırıq. Baş redaktor barədə qətimkan tədbiri seçilərkən müraciətimizin, Zahir Əmənovun regional jurnalistikanın inkişafında rolunun, habelə yaşının nəzərə alınacağına ümid edirik”.

Zahir Əmənov 1952-ci ildə doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Masallı” qəzetinin, “Masallı xəbərləri” qəzetinin, “Cənub xəbərləri” qəzetinin qurucusudur.

Bir neçə informasiya agentliyinin və qəzetin cənub bölgəsi üzrə müxbiri olub.

APA-nın 15 aprel məlumatına görə, jurnalist azadlığa buraxılıb, Masallı Rayon Məhkəməsi onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçib.

Prezident iradına irad

  • 15 Aprel 2022
  • comments

Niyə Rusiyanın təcavüzü soyqırımı kimi araşdırmalı...

  • 15 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda