• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiya təklənir

  • 05 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Əli Kərimli
AXCP sədri

Rusiya hərbçilərinin Ukrayna şəhərlərində dinc əhalini kütləvi öldürməsi savaşın taleyini ciddi şəkildə dəyişir, Moskvanın Donbasda planlaşdırdığı həlledici döyüşün (“Kursk” döyüşünün) başlanmasını ləngidir.

Buça və digər şəhərlərdə 410 nəfər dinc sakinin qəddarlıqla öldürülməsi dünyada şok yaradıb. Dünya liderləri Rusiya işğalını durdurmaq, Ukraynanı daha yaxşı müdafiə etmək üçün yeni təşəbbüslər irəli sürür. Rusiya ordusunun dinc əhaliyə qarşı törətdiyi cinayətlər sanksiyaları daha da sərtləşdirəcək, Ukraynaya daha müasir və effektli silahların, o cümlədən hücum silahlarının verilməsinə səbəb olacaq. Beynəlxalq ictimai rəyin bu qəddarlığı sərt qınaması həm də ona gətirib çıxaracaq ki, müxtəlif motivlərlə Rusiyanı sanksiyalardan və hərbi məğlubiyyətdən qorumaq istəyənlər daha onu müdafiə etmək üçün səsini çıxara bilməyəcək.

Rusiya rəhbərliyi, bu savaşda Rusiya tərəfdən ideoloji mübarizə aparanlar pərtdirlər, çaşqınlıq içindədirlər. Özlərini necə müdafiə edəcəklərini bilmirlər. Rusiya mətbuatı bütün günü izahat vermək durumuna düşüb. Bu qədər ağır ittihamlardan bəşəriyyət qarşısında özlərini müdafiə etməyə heç bir ağlabatan arqument tapa bilmirlər. Ona görə də avtoritar rejimlərin son çarəsi olan, bizə də tanış “özünüz özünüzü döymüsünüz və ya öldürmüsüz” tipli absurd açıqlamalar verib beynəlxalq ictimaiyyəti daha da hiddətləndirirlər.

Rusiya Ukraynanın şərqində böyük hücumu planlayarkən aviasiya, raketlər, uzaqvuran artilleriya və böyük dağıdıcılıq gücü olan digər silahlardan istifadəni planlaşdırıb. Aydın məsələdir ki, kiçik ərazidə minlərlə belə dağıdıcı silahdan istifadə, “yandırılmış torpaq” ssenarisi dinc əhalinin daha kütləvi şəkildə öldürülməsinə səbəb ola bilər. Rusiya rəhbərliyi Buçada və digər şəhərlərdə 100-lərlə dinc sakinin öldürülməsindən şoka düşmüş beynəlxalq ictimaiyyətin Donbasda minlərlə dinc insanın məhvinə səbəb ola biləcək dağıdıcı hücuma daha da sərt reaksiya verəcəyindən qorxmağa başlayıb.

Düzdür, Rusiya beynəlxalq ictimai rəylə adətən hesablaşmır. Ancaq 40 günlük savaş Rusiyaya sübut edir ki, ictimai rəy çox böyük qüvvədir. Beynəlxalq ictimai qınaq cəmi bir neçə gün ərzində Rusiyaya qarşı böyük sanksiyalara, Ukraynaya çoxsaylı öldürücü silahların və milyardlarla dollarlıq yardımların verilməsinə çevrilə bilir. Məhz buna görə Rusiya rəhbərliyi Donbasdakı böyük hücum ərəfəsində tərəddüd, qeyri-müəyyənlik və çaşqınlıq içindədir.

Partlayışın istintaqı: üç nəfər həbs edilib

  • 05 Aprel 2022
  • comments

Azərbaycan banklarına sanksiya kölgəsi

  • 05 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda