• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağın pulu hara gedir?

  • 31 Mart 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

London İqtisadiyyat Məktəbinin professoru, ADR Partiyasının sədri Qubad İbadoğlu işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitlə bağlı şərh yayıb. Novator.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 2021-ci il hesabatına əsaslanan Qubad İbadoğlu yazır ki, ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 178,4 milyon manat xərcləndiyi vurğulanıb: “Araşdırmalar nəticəsində görünür ki, 2021-ci ildə həyata keçirilmiş tikinti-quraşdırma işlərinə ayrılan vəsaitin məbləği 1 milyard 954,5 milyon manat olub. Bu vəsaitin yarıya qədəri Füzuli rayonu və Şuşa şəhərində, yerdə qalanı digər 6 rayonda xərclənib. Füzuli rayonunda xərclənmiş vəsaitin çoxluğu hava limanı və Şuşaya Zəfər yolu ilə əlaqələndirilsə də, indiyə qədər bu iki layihəyə nə qədər vəsait xərcləndiyi ictimaiyyətə bəlli deyil. Bu hesabla Zəngilan və Laçında da tikiləcək hava limanlarına görə bu ilin büdcəsindən xeyli vəsait silinəcək.

Şuşa şəhərinə gəlincə, orada aparılan bərpa, abadlıq və yenidənqurma istiqamətində icra edilən layihələrin heç birinin smeta dəyəri indiyədək açıqlanmayıb.

Bu qədər pul xərclənməsinə baxmayaraq hələ bir məcburi köçkün də doğma yurduna qayıtmayıb. Əslində bu gedişlə yaxın zamanlar üçün qayıdışı gözləməyə dəymir. Çünki bu məqsədlə hər il büdcədən xeyli vəsait ayrılacaq və həmin pullar qeyri-şəffaf və hesabatsız xərcləmələrlə korrupsiya yeminə çevriləcək”.

Qubad İbadoğlu qeyd edir ki, 2021-ci ildə ərazilərin bərpası üçün Füzuliyə 667,7 milyon, Şuşaya 284,4 milyon, Cəbrayıla 224,3 milyon, Zəngilana 214,4 milyon, Kəlbəcərə 192,8 milyon, Ağdama 142,6 milyon, Laçına 118 milyon, Qubadlıya 110 milyon manat ayrılıb.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Qadağa şərhi

  • 31 Mart 2022
  • comments

Nazir nədə ittiham olunur?

  • 31 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda