• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qələbə yolu

  • 30 Mart 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Azər Qasımlı

Ukraynadakı üzücü müharibənin alternativi danışıqlar masası və diplomatik anlaşma idi. İstanbuldakı 29 mart danışıqlarında ilkin anlaşma əldə edildi. Anlaşmanın ilkin mənası Ukraynaya Finlandiya modelinin tətbiqidir. Ukrayna heç bir hərbi bloka qoşulmur (bu məsələni referenduma çıxarmaq nəzərdə tutulur), ərazisində başqa ölkənin hərbi bazasını yerləşdirmir, lakin Avropa Birliyinə üzv ola bilir.

Finlandiya modelinə əlavə isə o olur ki, bir sıra ölkə (ABŞ, Türkiyə, Böyük Britaniya və digərləri) Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək.

Danışıqların əsas problemi Donbas və Krım məsələləri idi. Birincisini Rusiya və Ukrayna prezidentləri görüşüb öz aralarında danışacaqlar. Krımın statusunu isə tərəflər 15 il ərzində çözməyə çalışacaqlar.

İlkin anlaşma Ukraynanın tam qələbəsidir!

Birincisi, Ukrayna öz müstəqilliyini vətəndaşlarının qanı bahasına qorumuş oldu.

İkincisi, xalq hərəkatının və müharibələrin əsas səbəbi olan Qərbə inteqrasiya yolu, yəni Ukraynanın Avropa Birliyi üzvlüyünə yol açılır.

Putin bu anlaşmanı öz qələbəsi kimi təqdim etməyə cəhd göstərəcək. Deyəcək ki, Ukraynanın NATO üzvlüyünün qarşısı alındı (əsas istək isə Ukraynanın Avropa Birliyi üzvü olmasının qarşısını almaq və onu tam işğal etmək idi), onun hərbi infrastrukturu və ərazisində yerləşən ABŞ laboratoriyaları məhv edildi (hərbi infrastruktur yaxın illərdə bərpa ediləcək, Ukraynanın hərbi potensialı birə beş artacaq).

Ümid edirəm elə bu şərtlər çərçivəsində Ukrayna müharibəsi bitəcək və Ukrayna torpağına daimi sülh gələcək.

Finlandiyanın indiki statusu (neytral Avropa Birliyi üzvü) + təhlükəsizlik qarantiyaları məsələsi Azərbaycan üçün də ən uyğun xarici siyasət strategiyasıdır. Azərbaycan xarici siyasətini bu yöndə qurmalıdır. Bunun qarşısında duran əsas maneə avtoritar Əliyev iqtidarıdır, çünki Azərbaycanı demokratik görmək və Azərbaycan xalqına iqtisadi azadlıqlar vermək istəmir.

Onlar istəmir, amma biz istəyirik və istəyimizə də elliklə nail olmalıyıq!

Müəllifin başqa yazıları:

Qarabağ yolunda

Biz yaxşı bilirik…

Bir adamın dərsi

Hansı yol?

Sistem məsələsi

Azad mühit təşnəsi

Rusiyadan nə istəməli?

Qaçılmaz demokratiya

Putin labirintdə

Demokratiya fürsəti

Məhkumluq zolağı

  • 30 Mart 2022
  • comments

Saxta yox, real sülh

  • 30 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda