Beynəlxalq Enerji Agentliyi tam və ya qismən elektriklə işləyən avtomobillər üzrə statistika yayıb. Novator.az-ın məlumatına görə, statistikaya əsaslanan iqtisadçı Rövşən Ağayev yazır ki, 2021-ci ildə dünyada 6,8 milyona yaxın elektromobil satılıb, bu da 2020-ci ilə nisbətən 3,6 milyon ədəd çoxdur: “Satışların üçdə ikisi tam elektriklə işləyən, üçdə biri hibrid avtomobillər olub. Elektromobillərin ümumi avtomobil satışında xüsusi çəkisi 2020-ci ildəki 4 faizdən 9 faizə yüksəlib. Bütün satışların 85 faizi Çin və Avropanın payına düşüb, dünyada elektromobillərin ümumi sayı 16 milyona çatıb.
Elektromobil sahəsində Norveç liderdir. 2021-ci ildə bu ölkə üzrə ümumi satışların (155 min avtomobil) 70 faizi xalis elektromobillər, 25 faizi hibrid avtomobillər olub. Ölkənin maşın parkında elektromobillərin payı 78 faizdir. Hökumət 2025-ci ilə qədər həmin göstəricini 100%-ə çatdırmağa çalışır”.