• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bayden: “Putin qanlı diktator, xalis başkəsəndir”

  • 18 Mart 2022
0
SHARES
FacebookTwitterPinterest

Martın 17-si ABŞ prezidenti Cozef Bayden Vaşinqtonda Müqəddəs Patrik Günü münasibətilə İrlandiyanın hökumət nümayəndələrinə verilən rəsmi ziyafətdə iştirak edib.

Novator.az-ın məlumatına görə, ziyafətdə çıxış edən Cozef Bayden Rusiya prezidenti Vladimir Putini qanlı diktator, xalis başkəsən adlandırıb.

ABŞ prezidenti deyib: “Putin Ukrayna xalqına qarşı mənəviyyatsızcasına müharibə aparan qanlı diktator, xalis başkəsəndir”.

Martın 16-sı Bayden Putini hərbi cani adlandırmışdı.

Martın 15-i ABŞ Konqresinin yuxarı palatası (Senat) Vladimir Putini hərbi cani sayan qətnamə qəbul edib. Yekdilliklə qəbul olunan qətnamədə Rusiya hərbçilərinin Vladimir Putinin rəhbərliyi ilə Ukraynada zorakılıq, hərbi cinayətlər və bəşəriyyət əleyhinə cinayətlər törətdiyi vurğulanıb. Qanun sayılmayan sənəddə Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayətlər Məhkəməsinə və ölkələrə Rusiya rejiminin Ukraynaya hərbi müdaxilə zamanı yol verdiyi hərbi cinayətləri araşdırmaq çağırışı yer alıb.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə zərbələr endirilir, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.

1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin edilib, dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə 4 il müddətinə prezident seçilib. 2008-ci ildən Rusiyanın baş naziri olan Putin 2012 və 2018-ci illərdə 6 il müddətinə prezident mandatı alıb.

2020-ci ildə yenilənən konstitusiya Vladimir Putinə 2024 və 2030-cu illərin prezident seçkilərinə də qatılmaq imkanı verir.

Müqəddəs Patrik Günü İrlandiyanın əsas dini bayramlarından biridir. Rəvayətə görə, bütpərəst adaya – İrlandiyaya xristianlığı müqəddəs Patrik gətirib.

Hazırda Müqəddəs Patrik Günü bir növ həm də beynəlxalq İrlandiya günü kimi qeyd olunur. Bir çox ölkədə, o cümlədən ABŞ-da Müqəddəs Patrik Günü münasibətilə hər il rəsmi ziyafət verilir.

İrlandiyanın baş naziri Maykl Martin koronavirus xəstəliyinə yoluxduğuna görə martın 17-si Vaşinqtondakı rəsmi ziyafətdə iştirak edə bilməyib.

Mənbə: CNN.com

Rusiyadan ən real təhlükə (Blinkenin dedikləri)

  • 17 Mart 2022

1233 aktiv xəstə var

  • 18 Mart 2022

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

Rəylər

Do not miss

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan hərbi xidmətə çağırış qaydasını yeniləyir

comments
ManşetXəbər

Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət

comments
ManşetXəbər

Avropa Məhkəməsindən Rafiq Tağı qərarı

comments
Dünyanın səsiManşetXəbər

Boris Conson istefaya razılaşdı

comments
Dünyanın səsiManşetXəbər

Aclıq hesabatı: 2,3 milyard nəfər qıtlıq çəkir

comments
ManşetŞərh

Bahalığın çarəsi

comments
ManşetXəbər

Azərbaycan nefti 7 gündə 8 dollardan çox ucuzlaşıb

comments
ManşetXəbər

Mühakimə təxirə düşüb

comments
ManşetXəbər

Sükutun 4 il 4 ayı

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin başı gedir?

comments
AktualDünyanın səsiManşetXəbər

Ermənistan bazarı bir ildə nə qədər bahalaşıb?

comments
Xəbər

Ramana reydi

comments
Dünyanın səsiManşetXəbər

Rusiyanın saxta xəbərlərinə görə yeni qanun təklif olunur

comments
Dünyanın səsiManşetXəbər

Uyğur qətliamının ildönümü qeyd olunub

comments
AktualManşetXəbər

Arif Hacılıdan çağırış

comments
Dünyanın səsiManşetXəbər

ABŞ səfiri Çini Rusiyanın yalanlarını təkrarlamaqda ittiham edib

comments
Xəbər

Cəza ehtimalı, etiraz

comments
ManşetXəbər

Hərbi toplanış bilgisi

comments
Dünyanın səsiManşetXəbər

Yoluxma dalğası, aktiv xəstələr

comments
ManşetXəbər

Yarım illik icra, yenilənən plan

comments
ManşetXəbər

Sıfırlı siftə

comments
Dünyanın səsiXəbər

“Avroviziya 2023”ə 20 razılıq var

comments
Xəbər

İnformasiya qanunvericiliyi yeniləndi

comments
Dünyanın səsiManşetTribuna

Ukraynanın bərpasını indidən planlaşdırın – “Bloomberg”

comments
Dünyanın səsiManşetXəbər

Ukraynanın işğal və döyüş bölgələri

comments
AktualManşetXəbər

Hakimin səlahiyyət müddəti

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda