Azərbaycan əhalisi 30 ildə 2 milyon 832,3 milyon nəfər artıb. Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 1992-ci il yanvarın 1-nə ölkənin 7 milyon 324,1 min nəfər əhalisi olub. 1 yanvar 2022-ci ilin rəsmi göstəricisi 10 milyon 156,4 min nəfərdir.
1993-cü ilə 7 milyon 440 min, 1994-cü ilə 7 milyon 549,6 min, 1995-ci ilə 7 milyon 643,5 min, 1996-cı ilə 7 milyon 726,2 min, 1997-ci ilə 7 milyon 799,8 min, 1998-ci ilə 7 milyon 876,7 min, 1999-cu ilə 7 milyon 953,4 min nəfərlə start verilib.
2000-ci ilə əhalinin sayı 8 milyon 32,8 min, 2001-ci ilə 8 milyon 114,3 min, 2002-ci ilə 8 milyon 191,4 min, 2003-cü ilə 8 milyon 269,2 min, 2004-cü ilə 8 milyon 349,1 min, 2005-ci ilə 8 milyon 447,4 min, 2006-cı ilə 8 milyon 553,1 min, 2007-ci ilə 8 milyon 666,1 min, 2008-ci ilə 8 milyon 779,9 min, 2009-cu ilə 8 milyon 922,4 min nəfərə çatıb.
2010-cu ilin rəsmi göstəricisi 8 milyon 997,6 min nəfər olub və sonrakı illərdə əhalinin sayı belə dəyişib: 2011-ci il – 9 milyon 111,1 min, 2012-ci il – 9 milyon 235,1 min, 2013-cü il – 9 milyon 356,5 min, 2014-cü il – 9 milyon 477,1 min, 2015-ci il – 9 milyon 593 min, 2016-cı il – 9 milyon 705,6 min, 2017-ci il – 9 milyon 810 min, 2018-ci il – 9 milyon 898,1 min, 2019-cu il – 9 milyon 981,5 min, 2020-ci il – 10 milyon 67,1 min, 2021-ci il – 10 milyon 119,1 min.
2019-cu il aprelin 6-da Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatmışdı. Həmin vaxtdan 2022-ci il fevralın 1-dək əhalinin sayında 160,6 min nəfər artım qeydə alınıb. Dövlət Statistika Komitəsi fevralın 1-nə əhalinin sayının 10 milyon 160 min 648 nəfər göstərib.