• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Putin nədə yanılıb? – “The Economist”

  • 15 Mart 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə başlayarkən üç səhvə yol verib. Böyük Britaniyanın “The Economist” jurnalının dərc etdiyi məqalədə belə deyilir.

Novator.az-ın məlumatına görə, məqalədə bildirilir ki, Rusiya lideri Ukraynanı yetərincə qiymətləndirməyib, öz ordusunu düzgün idarə edə bilməyib və Qərbin bu müharibəyə verəcəyi reaksiyanı əvvəlcədən dəqiq hesablamağı bacarmayıb: “Putinin ilk səhvi onun qarşı tərəfi lazımınca qiymətləndirməməsidir. Deyəsən, Rusiya prezidenti apardığı təbliğata özünü hamıdan çox inandırıbmış. Axı Putinin fikrincə, Ukrayna – ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə işləyən, xalqın xor baxdığı möhtəkirlərin idarə etdiyi süni bir dövlətdir”.

Məqalədə vurğulanır ki, Putin Ukraynanın hərbi əməliyyatın elə ilk günlərindəcə təslim olacağını zənn edirdi, amma hadisələr göstərdi ki, o, ciddi yanılıb.

“Putinin ikinci səhvi öz ordusunu düzgün idarə etməməsidir” yazan jurnal bildirir ki, Rusiyanın Hərbi Hava Qüvvələri hələ də Ukrayna səmasına hakim ola bilməyib: “Putin oz xalqını inandırmağa çalışırdı ki, Rusiya Ukraynada müharibə aparmır, “neonasizmin kökünü kəsməyə çalışır”. Rus əsgərlər Ukraynaya girəndə xalqın onları xilaskar kimi qarşılayacağını gözləyirdi. İndi Putin ukraynalıları kütləvi şəkildə qırmağı əmr etsə, ordu bu əmrə tabe olmaya bilər”.

Jurnal Putinin öz ordusunun itkilərini rusiyalılardan gizlətməyə çalışdığını, ancaq bunu axıradək gizlədə bilməyəcəyini də qeyd edir.

Məqalədə daha sonra deyilir: “Putinin üçüncü səhvi onun Qərbi yetərincə dəyərləndirməməsidir. Çox güman ki, Rusiya lideri Ukraynaya verilən güclü dəstəyə, britaniyalıların Ukraynanın dövlət himni qarşısında ayağa qalxmasına, Berlində Brandenburq qapısının Ukraynanın dövlət bayrağı rəngində işıqlandırılmasına mat-məəttəl qalıb”.

Jurnal yazır ki, Qərb hökumətləri ukraynalıların cəsarətindən ruhlanaraq Rusiyaya sanksiyaları daha da sərtləşdirməkdədir. “The Economist” sanksiyaların Rusiya iqtisadiyyatını çökdürməyə qadir olduğu qənaətindədir.

Mənbə: Economist.com

ABŞ-dan Çinə Rusiya xəbərdarlığı

  • 15 Mart 2022
  • comments

Baş nazirin hesabatı

  • 15 Mart 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda