• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukraynaya vurulan ziyan 119 milyard dolları ötüb

  • 14 Mart 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

Rusiyanın fevralın 24-dən apardığı işğalçı müharibə Ukraynada infrastruktura 119 milyard dollardan çox ziyan vurub. Novator.az saytının məlumatına görə, Ukraynanın iqtisadiyyat nazirinin müavini Denis Kudin belə açıqlama verib.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə zərbələr endirilir, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.

Martın 12-də Ukrayna prezidenti Vladimir Zelenski döyüşlərdə 1300-ə yaxın ukraynalı hərbçinin həlak olduğunu söyləyib.

Mülki əhali arasındakı itkilər barədə dəqiq məlumat açıqlanmayıb. Bəzi mənbələr yüzlərlə, bəziləri minlərlə mülki şəxsin öldüyünü bildirir.

Rusiya tərəfinin itkiləri haqda da bir-birindən kəskin fərqlənən statistikalar yayılır.

Ukrayna Baş Prokurorluğunun 14 mart məlumatına görə, indiyədək müharibə 90 uşağın ölümü, 100-dən çox uşağın yaralanması ilə nəticələnib. Həmin uşaqların əsasən Kiyev, Xarkov, Donetsk, Çerniqov, Sumı, Xerson, Nikolayev, Jitomir şəhər və vilayətlərindən olduğu bildirilir.

İndiyədək ruslar Ukraynada 379 təhsil müəssisəsinə zərbə endiriblər. Həmin müəssisələrin 59-u tam dağılıb.

Dünya Səhiyyə Təşkilatının Avropa bölməsinin martın 14-də yaydığı açıqlamaya görə, müharibə 44 milyon əhalisi olan Ukraynada 18 milyon insana ziyan vurub. 7 milyona yaxın insan yaşayış yerini tərk edib, onlardan 3 milyona yaxını ölkədən qaçqın düşüb.

Dünya Səhiyyə Təşkilatının hesablamasına əsasən, fevralın 24-dən martın 11-dək rusiyalı işğalçılar Ukraynadakı tibb müəssisələrinə 31 hücum həyata keçiriblər. Həmin hücumlar zamanı 12 nəfər həlak olub, 34 nəfər yaralanıb. Yaralananların 8-i, ölənlərin 2-si səhiyyə işçisidir.

Yoluxucu xəstəliklərin profilaktikası: tədbir keçi...

  • 14 Mart 2022
  • comments

Koronavirus hesabatları

  • 15 Mart 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gənclər
  • Hüquq
  • Media
  • Ordu
  • Səhiyyə
  • Siyasət
  • Sosial
  • Təhsil

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda